Azərbaycanca

İlham Əliyev Nazarbayevlə Dağlıq Qarabağı müzakirə edib

05.06.2014 | 06:31

10443669_1495049340709438_1062173353_nBodrumda Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirdi.

 

“KarabakhİNFO.com”

05.06.2014 06:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*