Azərbaycanca

İlham Əliyev: “Silahlı qüvvələrimiz bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcək” – FOTOLAR

15.11.2014 | 18:37

90e9129b11246a95880de626814fd6db

 

 

 

 

 

 

 

 

 

Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa edilmiş qərargah binasının açılışında iştirak edib.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanına raport verib.

 

 

Dövlət başçısı hərbi hissənin ərazisində yeni inşa edilən qərargah binasında yaradılan şəraitlə tanış olub.

 

 

Daha sonra İlham Əliyev operativ müşavirə keçirib. Müşavirədə Z. Həsənov Azərbaycan-Ermənistan sərhədi boyu və cəbhənin təmas xəttindəki vəziyyət barədə məruzə edib.

 

 

Prezident bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan silahlı qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.

 

 

Daha sonra dövlət başçısına hərbi qulluqçuların yay-qış geyim formalarına baxıb.

 

 

Onu da deyək ki, hərbi hissədə hərbi qulluqçular üçün nəzərdə tutulan 50 xidməti mənzildən ibarət, tam təmirli 5 mərtəbəli yaşayış binası da inşa olunub.

 

0e76177b3f0bf8e2582332b96252ca5d 2265aa0575fd510980fb72527d3c017e 02238a5463db3da587e76cd849c6d667 8c669510a5db4df881fdfc38dc22f1df 225242ba37847c4a67cc431d0e54e835 77934426cb668f5a584beb1e335076c4 c1878bdf5bb497afe602746612d84c21 d2fb003f74b72f49a57091fa8033e873

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

15.11.2014 18:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*