Azərbaycanca

İlham Əliyev:”Ümid edirik səfəriniz Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəkdir”

02.06.2014 | 08:31

1401712300_gorus-prezidentBu gün iyun ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin geniş tərkibdə görüşü olmuşdur. Dövlət başçısı bildirib ki, iki ölkə arasında tərəfdaşlığın mahiyyəti həqiqətən artır, bir çox sahələri – siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir: “Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik. Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyllərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcək”. İsveçrə prezidenti də öz növbəsində Azərbaycana ilk dəfə səfər etdiyini deyib: “Bu, ətraflı tanışlıq səfəri olmayacaq. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaq. Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz var və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız var. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır”.

 

“KarabakhİNFO.com” 

02.06.2014 08:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*