Azərbaycanca

İmperatorluğun çöküşü və erməni problemi (I hissə)

05.02.2014 | 17:23

1391606402_1321473055_1828turkmenchayRusiya İmperiyasının XIX əsrin əvvəllərində, əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə  10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə, Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq, onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.   1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun “pers dilini” mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.   “Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.   1827-1828-ci illərdə Azərbaycan-Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarda A.Bakıxanov  tərcüməçi  kimi çıxış edirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.   1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.   Məlumat üçün bildirək ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə, guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, yuxarıda qeyd edildiyi kimi bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilərinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.   Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər iran dilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şah Əfşar kimi özlərini Azərbaycan şahı, son Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.   Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi… Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.   A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:               1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.           2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq, narazılıq bildirən müsəlmanları sıxışdırırlar…           3. … Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.   Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.   Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.   Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.   1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağan olunmuş, bu ad bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.   1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan  Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan-Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da, vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.   1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrində Qafqaz Azərbaycanının adı yox idi. Təkcə keçmiş xanlıqların adı qeyd olunmuşdur.   Qafqaz Azərbaycanının bu vəziyyəti 1918-ci il mayın sonlarına kimi davam etmişdi. Arazın quzeyində yerləşən Azərbaycan respublikasının ərazisinin sərhədləri üçün isə 1813-cü ildə tərtib olunmuş xəritə əsas götürülmüşdür. Tarixi Dərbənd şəhəri 1919-cu ildə Denikin qoşunları tərəfindən işğal olundu və bir daha təkrar etməyə dəyər ki, 1920-ci il dekabrın 1-də Moskvanın təzyiqi ilə torpaqlarımızın böyük bir hissəsi, Zəngəzur da daxil olmaqla ermənilərə “peşkəş” edildi.   O, zaman böyük həyacan və sevinclə Lenin qeyd edirdi ki, “Peterburqda atılan güllə səsinə Şərqdə ilk səs verən proletar Bakısı oldu”. Həqiqətdə isə “atılan gülləyə səs verənlər” Bakıda yaşayan ermənilərdən ibarət saxta bolşevik mafiyası və neft mədənlərində işləmək üçün bu şəhərə gəlmiş rus fəhlələrinin qurduğu azsaylı marksist dərnəklər idi. Tarix və keçdiyimiz yol göstərdi ki, ermənilərin siyasi məqsədi heç də Sovet hökuməti yox, bu ad altında Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq olmuşdur. Biz bunu sonradan bizə məlum olan bolşevik Şaumyanın tayqulaq Andronikə göndərdiyi təbrik məktubunda bir daha gördük. Şaumyan Andronikə Naxçıvanda “Sovet hökuməti” qurması ilə əlaqədar yazırdı: “Bizimlə birləşin və bir yerdə Qafqazda Azərbaycan torpaqlarında Ermənistan Sovet dövləti quraq”.   Bəli Andronik, Şaumyan və digər daşnakların məqsədi, heç də  Azərbaycan milli varlığının azad inkişafını təmin edəcək müstəqil demokratik dövlət qurmaq deyil, əksinə erməni dövləti qurmaq idi. Bu azmış kimi sovet ideologiyası millətimizin təməlində dini, əxlaqi, mənəvi dəyərlərə müxtəlif damğalar vurmaqla  milli-mənəvi, əxlaqi dəyərləri yaddaşlardan silməklə yeni adət-ənənə aşılamışdır. Etiraf etmək lazımdır ki, sovet idarə üsulu qoyduğu qadağalarla qısa bir zaman kəsiyində  insanları ictimai bir əşyaya çevirməyi bacardı, insanın daxili əxlaqını düşünülmüş çərçivəyə sala bildi. Mənəviyyatını, şüurunu zəhərlədi, bir sözlə insanı sosialist əmlakına çevirdi.   Bir daha qeyd etməyə dəyər ki, XVIII əsrin əvvəllərində Rusiya, Osmanlı və Azərbaycan səltənətləri arasında Güney Qafqaz uğrunda siyasi mübarizə kəskinləşmişdi. Əslində bu kəskinləşmə əsrin əvvəllərindən, yəni Qacarlardan çox-çox öncə, son Səfəvi şahları dövründən hiss edilməkdə idi.   XVlll əsrin əvvəllərində Səfəvi hökumətinin idarəçiliyində olan Azərbaycan səltənəti ağır iqtisadi və siyasi böhran dövrünə qədəm qoymuşdu. Dövlət xəzinəsi o qədər boşalmışdı ki, Şah Sultan Hüseyn ata-babasının Ərdəbildəki məqbərəsində olan qızıl və gümüş əşyaları əritməyi  və pul kəsməyi əmr etmişdi. Mərkəzi dövlətin zəifləməsindən istifadə edən bəzi  bəylərbəyilər separatizmə meyl edirdilər. Separatizm meylləri  əsasən Şirvanda, xüsusilə də sünni müsəlmanların əksəriyyətdə olduqları bölgələrdə, Car-Balakəndə, Qazi-Qumuqda (Dağıstanda), eləcə də Şəki-Zaqatala, Qazax-Ağstafa, Tiflis və İrəvan bölgələrində daha güclü hiss edilirdi. Bu bölgələrdə şiəliyin ələvilik qolunu dövlət siyasətinə çevirmiş Səfəvilərə qarşı tez-tez üsyanlar baş verirdi. Azərbaycan tarixşünaslıq elmi bu üsyanları sovet dövrünün konsepsiyasına uyğun olaraq,  feodalizmə qarşı kəndli üsyanları kimi qələmə verir. Bu kökündən yanlış bir fikirdir. Üsyanların kökündə bu bölgələrin əhalisinin də bütün dünya müsəlmanları kimi Osmanlı sultanlarını xəlifə, yəni müsəlmanların dini rəhbəri kimi tanıması və ələviləri kafir hesab etmələri idi.   Məlumat üçün bildirək ki, şiə-ələvilər digər şiə məzhəbləri kimi xəlifəni dini rəhbər kimi tanımır və Xilafətə qarşı İmamət ideyasını irəli sürürdü. Elə bu da Azərbaycan səltənətini İslam dünyasından təcrid etməklə yanaşı, səltənətin sünni əhalisinin də daim üsyan etməsinə səbəb olurdu. Səfəvi hakimiyyətindən qurtulmaq üçün Osmanlı sultanına müraciət edən sünni müsəlmanlardan fərqli olaraq, yerli xristianlar (udinlər, gürcülər, ermənilər) da ruslara müraciət etməkdə, onları Qafqaza dəvət etməkdə idilər.     ardı var…       Bəxtiyar Adiloğlu   “KarabakhİNFO.com”   – See more at: http://karabakhinfo.com/arasdirma/2489-mperatorluun-k-v-ermni-problemi.html#sthash.1EANnd1w.dpufRusiya İmperiyasının XIX əsrin əvvəllərində, əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış “Gülüstan”, daha sonra isə  10 fevral 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrinə görə, Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq, onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.   1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun “pers dilini” mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir.   “Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq “pers”, Quzey Azərbaycan əhalisini isə “tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.   1827-1828-ci illərdə Azərbaycan-Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və “Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarda A.Bakıxanov  tərcüməçi  kimi çıxış edirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.   1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə “Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı.   Məlumat üçün bildirək ki, rus və Avropa mənbələrində Azərbaycan səltənəti əsrlər boyu yanlış olaraq “Persiya” adlandırılırdı. Çox təəssüflər olsun ki, bu gün həmin mənbələr ana dilimizə tərcümə edilərkən, “Persiya” ifadəsi yanlış olaraq “İran” kimi tərcümə edilir və bu da oxucularda həmin əsrlərdə, guya İran adlı dövlətin olmuş olması barədə yanlış təsəvvür yaradır. Həqiqət isə budur ki, bu gün İran kimi tanıdığımız dövlət, yuxarıda qeyd edildiyi kimi bu adı 1936-cı ildən daşıyır və çox qədim dövrlərdə bu ad Əfqanıstan ərazilərinin adı olmuşdur. “Persiya” adına gəlincə isə hələ XVl əsrdə Səfəvilərin İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat yazmışdır ki, avropalılar bizim səltənəti yanlış olaraq Persiya, yəni Fars adlandırırlar, halbuki Fars bizim səltənətin yalnız və yalnız bir əyalətidir. O, səltənətin mərkəzinin Azərbaycan olduğunu da vurğulamış və bu zaman bir italyan müəllifindən sitat gətirmişdir.   Bununla belə, XVlll əsrdə Nadir şahın ölümündən sonra Azərbaycan səltənətinin farslar və digər iran dilli xalqlar yaşayan hissəsində hakimiyyəti ələ keçirən, eləcə də Tehrana da müvəqqəti sahib olmağı bacaran Kərim xan Zənd əlində olan torpaqları İran, özünü isə İran şahı elan etdikdən sonra həmin ərazilərin adı İran kimi tanınmağa başladı və bu hal Ağa Məhəmməd şah Qacarın Zəndilərin hakimiyyətinə son verməsinə qədər davam etdi. İlk Qacarlar isə eynən Elxanlı, Çobani, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi şahları və Nadir şah Əfşar kimi özlərini Azərbaycan şahı, son Qacarlar isə Azərbaycan və İranın birləşmiş məmləkətlərinin (xanlıqlarının) hökmdarı adlandırırdılar. Bu halda İran adı sadəcə farslar və bəzi irandilli xalqlar (bəxtiyarilər, lorlar və mazandaranlılar) yaşayan ərazilərin adını ifadə edirdi.   Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi… Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.   A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:               1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.           2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq, narazılıq bildirən müsəlmanları sıxışdırırlar…           3. … Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.   Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.   Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.   Azərbaycan tədqiqatçılarından heç kəs “Gülüstan” və “Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir.   1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində “Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağan olunmuş, bu ad bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.   1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan  Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan-Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da, vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.   1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrində Qafqaz Azərbaycanının adı yox idi. Təkcə keçmiş xanlıqların adı qeyd olunmuşdur.   Qafqaz Azərbaycanının bu vəziyyəti 1918-ci il mayın sonlarına kimi davam etmişdi. Arazın quzeyində yerləşən Azərbaycan respublikasının ərazisinin sərhədləri üçün isə 1813-cü ildə tərtib olunmuş xəritə əsas götürülmüşdür. Tarixi Dərbənd şəhəri 1919-cu ildə Denikin qoşunları tərəfindən işğal olundu və bir daha təkrar etməyə dəyər ki, 1920-ci il dekabrın 1-də Moskvanın təzyiqi ilə torpaqlarımızın böyük bir hissəsi, Zəngəzur da daxil olmaqla ermənilərə “peşkəş” edildi.   O, zaman böyük həyacan və sevinclə Lenin qeyd edirdi ki, “Peterburqda atılan güllə səsinə Şərqdə ilk səs verən proletar Bakısı oldu”. Həqiqətdə isə “atılan gülləyə səs verənlər” Bakıda yaşayan ermənilərdən ibarət saxta bolşevik mafiyası və neft mədənlərində işləmək üçün bu şəhərə gəlmiş rus fəhlələrinin qurduğu azsaylı marksist dərnəklər idi. Tarix və keçdiyimiz yol göstərdi ki, ermənilərin siyasi məqsədi heç də Sovet hökuməti yox, bu ad altında Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq olmuşdur. Biz bunu sonradan bizə məlum olan bolşevik Şaumyanın tayqulaq Andronikə göndərdiyi təbrik məktubunda bir daha gördük. Şaumyan Andronikə Naxçıvanda “Sovet hökuməti” qurması ilə əlaqədar yazırdı: “Bizimlə birləşin və bir yerdə Qafqazda Azərbaycan torpaqlarında Ermənistan Sovet dövləti quraq”.   Bəli Andronik, Şaumyan və digər daşnakların məqsədi, heç də  Azərbaycan milli varlığının azad inkişafını təmin edəcək müstəqil demokratik dövlət qurmaq deyil, əksinə erməni dövləti qurmaq idi. Bu azmış kimi sovet ideologiyası millətimizin təməlində dini, əxlaqi, mənəvi dəyərlərə müxtəlif damğalar vurmaqla  milli-mənəvi, əxlaqi dəyərləri yaddaşlardan silməklə yeni adət-ənənə aşılamışdır. Etiraf etmək lazımdır ki, sovet idarə üsulu qoyduğu qadağalarla qısa bir zaman kəsiyində  insanları ictimai bir əşyaya çevirməyi bacardı, insanın daxili əxlaqını düşünülmüş çərçivəyə sala bildi. Mənəviyyatını, şüurunu zəhərlədi, bir sözlə insanı sosialist əmlakına çevirdi.   Bir daha qeyd etməyə dəyər ki, XVIII əsrin əvvəllərində Rusiya, Osmanlı və Azərbaycan səltənətləri arasında Güney Qafqaz uğrunda siyasi mübarizə kəskinləşmişdi. Əslində bu kəskinləşmə əsrin əvvəllərindən, yəni Qacarlardan çox-çox öncə, son Səfəvi şahları dövründən hiss edilməkdə idi.   XVlll əsrin əvvəllərində Səfəvi hökumətinin idarəçiliyində olan Azərbaycan səltənəti ağır iqtisadi və siyasi böhran dövrünə qədəm qoymuşdu. Dövlət xəzinəsi o qədər boşalmışdı ki, Şah Sultan Hüseyn ata-babasının Ərdəbildəki məqbərəsində olan qızıl və gümüş əşyaları əritməyi  və pul kəsməyi əmr etmişdi. Mərkəzi dövlətin zəifləməsindən istifadə edən bəzi  bəylərbəyilər separatizmə meyl edirdilər. Separatizm meylləri  əsasən Şirvanda, xüsusilə də sünni müsəlmanların əksəriyyətdə olduqları bölgələrdə, Car-Balakəndə, Qazi-Qumuqda (Dağıstanda), eləcə də Şəki-Zaqatala, Qazax-Ağstafa, Tiflis və İrəvan bölgələrində daha güclü hiss edilirdi. Bu bölgələrdə şiəliyin ələvilik qolunu dövlət siyasətinə çevirmiş Səfəvilərə qarşı tez-tez üsyanlar baş verirdi. Azərbaycan tarixşünaslıq elmi bu üsyanları sovet dövrünün konsepsiyasına uyğun olaraq,  feodalizmə qarşı kəndli üsyanları kimi qələmə verir. Bu kökündən yanlış bir fikirdir. Üsyanların kökündə bu bölgələrin əhalisinin də bütün dünya müsəlmanları kimi Osmanlı sultanlarını xəlifə, yəni müsəlmanların dini rəhbəri kimi tanıması və ələviləri kafir hesab etmələri idi.   Məlumat üçün bildirək ki, şiə-ələvilər digər şiə məzhəbləri kimi xəlifəni dini rəhbər kimi tanımır və Xilafətə qarşı İmamət ideyasını irəli sürürdü. Elə bu da Azərbaycan səltənətini İslam dünyasından təcrid etməklə yanaşı, səltənətin sünni əhalisinin də daim üsyan etməsinə səbəb olurdu. Səfəvi hakimiyyətindən qurtulmaq üçün Osmanlı sultanına müraciət edən sünni müsəlmanlardan fərqli olaraq, yerli xristianlar (udinlər, gürcülər, ermənilər) da ruslara müraciət etməkdə, onları Qafqaza dəvət etməkdə idilər.     ardı var…    

  Bəxtiyar Adiloğlu  

 

 

“KarabakhİNFO.com”   

05.02.2014 17:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*