Azərbaycanca

İmperatorun Qarabağlı cangüdəni – FOTOLAR

04.02.2014 | 13:21

1391505711_116654_orErmənilərin  plagiatlığı, saxtakarlığı,  başqa  xalqların  torpaqları ilə bərabər,  mədəni irsinə təcavüzü haqqında  hər zaman  danışılıb, yazılıb. Onlar türklərin tarixində elə bir məqam qalmayıb ki, əl atmasınlar, özününküləşdirməsinlər. Folklor, ədəbiyyat, musiqi və digərləri ilə yanaşı, əslən türk olan şəxsləri erməniləşdirməkdən belə çəkinmirlər. Bunlardan biri də  Rüstəm Rza kimi tanınan şəxsdir. Rüstəm İbrahim oğlu  bir Qaraman türküdür. Bu şəxs Fransa imperatoru Napoleon Bonapartın şəxsi yavərlərindən biri olub. Bəziləri onu məmlük, bəziləri  qıpçaq, bəzi mənbələr də Gürcüstanda yaşayan buntürklərdən sayır. Lakin araşdırmalarımız zamanı onun Qarabağda yaşayan qaraman türkü olduğunu görə bilərik. Məlumdur ki, Qaramanlar Tərəkəmə boylarından olaraq, Qarabağ ərazisində yaşamışlar. Onların adı ilə bağlı Qarabağda çoxsaylı abidələr, tarixi yerlər qalmaqdadır. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman еdirlər. Əslində bеlə dеyil. Qaramanlılar tarixən bu yerdə yaşayan tərəkəmələrdən idilər və onların tayfasından hakimlər, bəylər, sərkərdələr tarixə düşmüşlər.   Tədqiqatçı alim Şəmistan Nəzirli yazır ki, Gürcüstan Mərkəzi Kitabxanasında 1902-ci ilə aid Vasiliyi Potte adlı bir generalın “Qarabağda rus hakmiyyətinin qurulmasından sonra ilk könüllülər” adlı kitabçasında aşkar olaraq yazılır. “Rüstəm bəy azərbaycanlı, daha doğrusu Qarabağ bəy ailəsindəndir və yerli tatardır (türkdür)”   Qaramanlı elinin bir nümayəndəsi Rüstəm Rza İbrahim oğlunun ailəsi Tiflisdə yaşayırdı. Erməni mənbələrində onun atasının adı Roustam Hunan  kimi göstərilirsə də bu çox yanlışdır. Ata və oğulun eyni ad daşıması o zaman üçün mümkün deyildi. Mənbələrdə ermənilərin saxtakarlığına əsaslananlar da yanlışlığa yol verirlər. Onun atasının adı İbrahim idi. Onun  haqqında ilk dəfə 1910-cu ildə məqalə yazan Rene Kottin də Rüstəm bəyin atasının adını İbrahim olaraq yazır.   “Roustam, mameluck de Napoléon. – Paris: Albert Méricant, 1910” və  “Roustam. Il mammalucco di Napoleone, Napoli, S/A, Cooperativa Editrice, 1935”  kitablarında Rüstəm bəyin atasının İbrahim və Qarabağ bölgəsindən olduğu yazılır. Bu kitablarda da Rüstəm bəyin ailəsinin Tiflisə köçmələrinin Qarabağda onların maddi sıxıntı yaşadıqlarını qeyd edirlər.   Ailədə 6 uşaq olan Rüstəm Rza evin sonuncu övladı olaraq, 1782-ci ildə anadan olmuşdur. Mənbələrdə bacılarından Behzadə, Məryəm, qardaşlarından Əhəd və Seyranın adı qalıb. Maddi çətinlik səbəbindən atası Tiflis şəhərindən Gəncə şəhərinə köçmüş və bir müddətdən sonra da ailəsini öz yanına gətirmişdir. Bir neçə il Gəncədə yaşadıqdan sonra İbrahim  məlum olmayan səbəbdən ailəsini atmış və Rüstəm Rzadan başqa digər 3 qardaşını özü ilə aparmışdır.   13 yaşında bir kölə olaraq Misirə gətirilən Rüstəm Rzaya ərəblər Yəhya adı verərək, məmlüklərin içərisinə qatmışlar. Məlumdur ki, “məmlük” sözü “ağ kölə” deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir.  Türkman əsilli sərkərdələr məmlüklərə bütün hərb sirrlərinə yiyələnmələrində yardımçı olurdular. F.Sümər yazır: «Əlcazair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər»   Burada bir haşiyə çıxaq. Məlumdur ki, tarixən Rüstəm adını türklər öz övladlarına qoyublar. Ermənilərin arasında Rüstəm adına rast gəlmək qeyri- mümkündür. Erməni mənbələrinin özündə belə Rüstəm adlı şəxsləri türk tayfalarının başçısı kimi görmək olar. Rüstəm adı qədim türk yazılarında “Bahadır”, “Sərkərdə” kimi izah edilir. Eyni zamanda Rüstəm sözü “enlikürək, boylu-buxunlu” kimi də yazılır. VII əsrin erməni müəllifi Sebeos Rüstəm adlı qəhramanın madalılar ölkəsinin sərkərdəsi olduğunu yazır. Ərəb müəllifi  Əl-Məsudidə isə ərəblərlə döyüşdə həlak olmuş Rüstəm adlı bir qəhramanı “əl-azəri”, yəni azəri adlandırır, bu isə son nəticədə elə “azərbaycanlı” deməkdir.    M.V.Neçkinanın “Qriboyedov və dekabristlər” kitabının 244-cü səhifəsində, qarabağlı Rüstəm bəy adında məmlük-türkünün Fransa imperatoru Napoleon Bonapartın şəxsi yavərlərindən biri olmasını, Napoleonla birgə İspaniya, Misir yürüşlərində iştirak etməsini,  qeyri-adi igidliyinə görə Vaqram döyüşlərində şəxsən imperatorun özünün onu Fransanın ali hərbi Legion ordeni ilə təltif etməsi faktına rast gələ bilərik.   Rüstəm Rza Azərbaycan hərb tarixində açılmamış maraqlı səhifələrdən biridir. Görəsən, igid azərbaycanlı bəyi yüz yetmiş il bundan əvvəl Avropaya hansı yollarla gedib çıxıb? Bu igid eloğlumuzun müəmmalı, indiydək naməlum hərbi həyatı nə vaxt öyrəniləcək? Axı, Napoleon  kimi bir rəhbər hər yoldan ötənə belə bir fəxri ordeni verməzdi.    Erməni mənbələrinin çoxu  Rüstəm bəyin özü tərəfindən yazılan “Napeolonun yanında mənim ömrüm” kitabını əsas gətirərək iddia edirlər ki, müəllif orada özünü erməni kimi qeyd edir. Lakin kitabın elektron variantını fransız dilində oxuyan zaman məlum olur ki, erməni müəlliflərinin tərcümə etdiyi kitabda çoxsaylı yanlışıqlar var. Təkcə kitabda türk adları, Qarabağla bağlı yer adları, şəxs adları kifayət edər ki, Rüstəm Rzanın erməni olmadığını sübut edəsən.   Tarixdən məlumdur ki, Fransa imperatoru, İtaliya Pespublikasının Prezidenti olmuş Napoleon Bonapart dünya sərkərdələri arasında özünəməxsusluğu ilə yanaşı həm də qeyri-adi şəxsiyyət kimi yaddaşlarda qalıb. İslam dininə və türk millətinə olan sevgisi səbəbindən daima ordusunda əsas işləri türk əsilli insanlara etibar edirdi. Bu gün fransız tarixçiləri, rus tarixçiləri nə qədər gizlətməyə çalışsalar da bu faktı İmperatorun sözlərinə baxsaq, dediyimizin şahidi olarıq. “Din elə bir qüvvədir ki, Həzrət Məhəmməd (s.ə.s) onun vasitəsilə dünyaya yeni bir yön verdi.” – deyən Napeleon türklərin güclü döyüş qabiliyyətinə də heyran idi. Napelon deyirdi: “Mənə türklərdən ibarət bir ordu verin dünyanı fəth edim.”  O, türk tayfaları ilə Yaxın Şərqdə üz-üzə gələndə döyüş yolunu nadir hallarda seçirdi.   Məhz onun bu heyranlığı bütün həyatını əslən Qarabağdan olan, qaraman türkü Rüstəm bəyə etibar edirdi. “Fransızlar öz övladlarına “adam ol” yerinə “türk ol” deyirdilər” fikrini söyləyən Napoleon Bonapart Misirdə “bir türk-məmlük əsgəri on fransız əsgərinə asanlıqla qalib gəlir” sözlərini söyləmişdi və buna görə ona hədiyyə edilən türkü öz yaxın adamı hesab etmişdir. O, Rüstəm bəyin məmlük olduğun düşünürdü, lakin zamanla onunla söhbəti zamanı yavərinin, cangüdəninin Qarabağlı bir qaraman türkü olduğunu öyrənmişdir.   Öz yaxın cangüdənini sevimli xanımı Josefinanın birinci kamergeyrinin qızı  Aleksandra  Douville ilə evləndirən Napeolon onu Fransanın Dourdan şəhərində mülklə təmin etmişdir. Qeyd edək ki, Rüstəm bəy İslam dininə sitayiş etdiyindən onların nigahına kilsə imza atmamışdır. İmperatorunun öz imzası ilə onlara nigah kağızı verilmişdir.   Rüstəm bəyin Napeolonun xidmətinə keçməsinə dair müxtəlif fikirlər var və onlardan birində yazılır ki, Şeyx Əl-Bəkir onun ağası olaraq, qiymətli hədiyyələrlə yanaşı, bir at və onu Fransa İmperatoruna hədiyyə göndərir. Rüstəm bəyin öz memuarında yazılır ki, onun özü İmperatorun xidmətinə könüllü olaraq keçib və ona sadiqlik andı içib. Bir mənbədə isə Napeolonun onu döyüş zamanı görüb bəyəndiyini, simasından qorxunc döyüşçü təssəvvürü yağan qəhramanı ona xidmətə verilməsin Şeyxdən özü xahiş etdiyi göstərilir.   Misirlilərin Yəhya adlandırdğı şəxsin əsl adının Rüstəm olduğun bilən Napeolon xidmətə götürdüyü döyüşçünü öz əsl adı ilə adlandırmağa başlayır, çünki Yəhya adı onun dilinə yatmırdı, həmçinin O, öz cangüdənin əsl adı daşımasının tərəfində idi. Çünki bu ad, onun heyran qaldığı türk millətinə məxsus ad idi.   Napoleon Bonapartın hakimiyyətdə olduğu müddətdə daim onun yanında olan Rüstəm Rza Napoleonun Elba adasına sürgün edilməsindən sonra onunla birlikdə Elba adasına getməkdən imtina etmişdir. İki övladı olub. Oğlu gənc vəfat edib. Qızı fransız əsilli məhkəmə icraçısı Arman Bonnara ərə gedir və sonra Fransda məmlüklərə qarşı başlanan represiyyadan qorunmaq xatirinə atasından imtina edir. Rüstəm Rza 7 dekabr 1845-ci ildə Fransanın Dourdan şəhərində vəfat etmişdir.                                                                                                                  1391505588_116653_or 1391505666_gallery_880_269_17613                                     

 

 

 

1391505704_charles_meynier_001

1391505451_15341

 

 

 

 

1391505636_294617_10150277202947691_2792205_n

1391505632_1281137150_small

 

 

 

 

 

Zaur Əliyev , AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, Siyasi fəlsəfə doktoru .  

 

“KarabakİNFO.com”   

04.02.2014 13:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*