Azərbaycanca

İndoneziya parlamentarisinin eksklüziv müsahibəsi – I hissə

17.01.2014 | 15:19

1390292515_1Azərbaycanlı tələbə Elmar İskəndərov İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının Sədri ilə Qarabağ işğalı və Xocalı Soyqırımı haqqında danışıb. İndoneziya Respublikasının Parlamenti Xalq Nümayəndələr Palatasının Sədri Cənab DR. H. Marzuki Alie “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına  eksklüziv müsahibəsini təqdim edirik .

Cənab Marzuki Alie sizin Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə daim Azərbaycanı dəstəklədiyinizi sizin bu mövzuda çıxışlarınızdan bir neçə dəfə şahidi olmuşuq. Açıq və birmənalı şəkildə bildirmisiniz ki, Dağlıq Qarabağ məhz Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal olunub. Sizin Dağlıq Qarabağ problemi haqqında hazırki mövqeyiniz necədir?

 

İndoneziya milli dəyərlər üzərində qurulmuş suveren dövlətdir. Bu dəyərlərə dünyadakı digər dövlətlərin suverenliyinə hörmət də daxildir.

Mənim mövqeyim, Azərbaycan Respublikası da daxil olmaqla, müstəqil və suveren dövlətin suverenliyini dəstəkləyən və müdafiə edən İndoneziya xalqının mövqeyi ilə eynidir.

 

Mən dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasnın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyirəm.

 

Həmçinin, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ probleminin həllinə dair 822, 853, 874 və 884 saylı dörd qətnaməsini və Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü sərt qınayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində qəbul edilmiş 15 saylı qətnaməsinə, o cümlədən, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları təşəbbüslərinə əsaslanaraq, Dağlıq-Qarabağ probleminin sülh yolu ilə həlli prosesini dəstəkləyirəm.

 

Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağ regionunda təcavüzü problemini sülh yolu ilə həll etmək üçün iki ölkə arasında dialoq təşkil edilməsini, eləcə də  bu problemi sona çatdırmaq üçün iki tərəfli, regional və çox tərəfli səylərin aktivləşdirilməsini, o cümlədən, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana dəyən zərərin 300 milyard ABŞ dolları təşkil etməsi və bunun kompensasiya şəklində Azərbaycan tərəfinə ödənilməsini vacib hesab edirəm.

Mən belə fikirdəyəm ki, Dağlıq Qarabağ problemi dini münaqişə deyil və siyasi məsələlərlə bağlıdır və Ermənistanın Azərbaycana qarşı təcavüz maraqları xarici dövlətlərdən bu məsələyə müdaxilə və dəstək almışdır.

 

Mənim mövqeyim və İndoneziya xalqının mövqeyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunun təcavüzünə və işğalına son qoyulmasını və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilərindən çıxarılmasını tələb edir.

 

Bu mövqe İndoneziya xalqı və hökuməti tərəfindən qəbul edilmiş dəyərlərə əsaslanır ki, bunların arasında  1945-ci il İndoneziya Respublikası Konstitusiyasının preambulasının 1-ci və 4-cü abzaslarında bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsində iştirak öz əksini tapmışdır.

 

Beynəlxalq ictimaiyyətin tərkib hissəsi kimi, İndoneziya xalqı da məsələnin beynəlxalq qərarlara və müqavilələrə əsaslanan həlli yolunu istəyir, belə qərarlardan biri kimi Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməsi və bu ərazilərin Azərbaycana bütöv və qeyd-şərtsiz qaytarılmasını tələb edən BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnaməsidir.

 

Bizim parlament də, Azərbaycanın məruz qaldığı bu təcavüzün sülh yolu ilə həllini istəyən beynəlxalq cəmiyyətin tərkib hissəsi olmağa səylər göstərir; Buna İndoneziyanın Palembanq şəhərində 2012-ci ilin yanvar ayında keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının Konfransında qəbul edilmiş qətnamələrdən birini göstərmək olar, bu vaxt İndoneziya Assambleyanın və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının (Parliamentary Union of OIC Member Countries – PUIC) sədri kimi çıxış edirdi.

 

Qətnamələrindən birində, dəqiq olaraq isə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 15-PE/7 – CONF saylı qətnaməsində, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Ermənistanı nəinki təcili şəkildə BMT-nin qəbul etdiyi qətnamələrə əməl etməyini, o cümlədən, Ermənistan və Azərbaycan arasında problemin sona çatdırılması üçün edilən bütün diplomatik və digər səyləri alqışladığını bildirdi.

 

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı həmçinin 21 il əvvəl Azərbaycan Respublikasının Xocalı şəhərində baş vermiş soyqırım faktının ədalətli və layiqli həlli üçün çağırış etmişdir.

 

XX əsrin ən dəhşətli faciəsi, erməni hərbi birləşmələri tərəfindən Azərbaycanlı dinc mülki əhalinin Xocalı şəhərində vəhşicəsinə, kütləvi öldürülməsi ilə nəticələnən Xocalı Soyqırımı haqqında nə deyə bilərsiniz?

 

Mən həmçinin Xocalı faciəsini çox böyük diqqət mərkəzində saxlayıram. Ola bilsin ki, 21 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verən hadisələri çox adam xatırlamır və ya heç xəbəri yoxdur.

 

Qeyd olunan hadisə 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində Azərbaycanın mülki vətəndaşlarına qarşı işğalçı erməni qüvvələri tərəfindən vəhşicəsinə törədilən qəddar cinayət hadisəsidir.

 

İnsanlığa qarşı oxşar cinayətlər dünyanın heç bir yerində təkrar olunmamalıdır; Buna görə də biz bu halların qarşısını almalıyıq, çünki insanlıq əleyhinə cinayət olan Xocalı faciəsi yalnız beynəlxalq hüququn prinsipləri deyil, eyni zamanda insan təfəkkürünə və dinimizin dəyərlərinə qarşı olan cinayətdir.

 

Azərbaycanın Xocalı şəhərində baş vermiş bu cür dəhşətli faciənin bir daha təkrarlanmaması üçün, Xocalıda insanlığa qarşı cinayətləri vəhşicəsinə törədən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara qarşı məhkəmə və hüquqi proseslər həyata keçirilməlidi.

 

Mümkün deyil ki, insanlıq əleyhinə törədilmiş bu cür cinayətlər diqqətdən kənar qalsın və bu cinayətləri törədən şəxslər ağır cinayət məsuliyyətinə cəlb olunmasın və heç bir məhkəmə və hüquqi proseslər həyata keçirilməsin. Əgər bu belə olsa, onda 21 il əvvəl Xocalıda baş vermiş faciəvi hadisələr dünya ictimaiyyəti tərəfindən adi hadisələr kimi qəbul ediləcək. Halbuki, yaşlı insanların, qadınlar və körpə uşaqların da daxil olduğu yüzlərlə günahsız mülki əhalinin vəhşicəsinə öldürülməsi ilə törədilən cinayətlər xarakterinə görə dünyada baş vermiş ən ağır cinayətlər sırasına daxildir.

 

İndoneziya parlamentarisinin  eksklüziv müsahibəsi - I hissəBuna görə də, Azərbaycanın Xocalı şəhərində dəhşətli cinayətləri törədən şəxslərin ali hüquq-mühafizə orqanları tərəfindən insanlıq əleyhinə ağır cinayətlərə dair məsuliyyətə cəlb edilmələri üçün bizim müxtəlif Beynəlxalq Forumlarda bu məsələni qaldırmağımız vacibdir.

 

Xocalı şəhərində insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması beynəlxalq aləmdə İnsan Hüquqlarının Müdafiəsi və hüquqi proseslər üçün  müsbət presedent olacaq, çünki insanlıq əleyhinə cinayətlər törədən şəxslər törətdikləri cinayətlərə görə Beynəlxalq Hüquq və Beynəlxalq Məhkəmə qarşısında cavab verməlidilər.

 

21 il əvvəl Xocalı şəhərində baş verən insanlıq əleyhinə törədilmiş faciənin insan hüquqlarının müdafiəsi və müvafiq hüquq-mühafizə səyləri ilə təbliğatı ilə yanaşı, biz, Ermənistan və Azərbaycan arasında problemin ədalətli və sülh yolu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipinə əsaslanan həlli yolunda səylərimizi daha da gücləndirməliyik.

 

Ermənistan və Azərbaycan arasında hələ də bitməyən problem hər iki ölkənin vətəndaşlarına və problemlə ilə əlaqəli olan ölkələrə yalnız ziyan gətirəcək.

 

Həmsərhəd olan hər iki ölkənin cəmiyyətlərinin və dövlətlərinin inkişafı yaşanan gərginlik səbəbindən ləng gedəcək, əsas səbəb isə Azərbaycanın qeyd olunmuş ərazilərində Ermənistanın təcavüzü davam etdirməsidir. Halbuki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən hər iki ölkə birgə inkişafları üçün və milli iqtisadiyyatlarının inkişafı üçün böyük potensiala malikdirlər.

 

Nümunə olaraq, Azərbaycanın hazırki inkişaf prosesi yalnız Azərbaycan cəmiyyəti tərəfindən deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən hiss ediləcək, çünki Azərbaycan İndoneziya da daxil olmaqla bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqlərinin inkişafı və yüksəldilməsi üçün böyük potensiala malikdir.

 

Bildiyiniz kimi artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya kimi dövlətlər və ABŞ-ın bir sıra böyük ştatları Xocalı Soyqırımını dövlət səviyyəsində rəsmən tanıyıblar, hətta Türkiyə Ermənistanla olan sərhəddini bağlayıb, Pakistan isə Ermənistanı dövlət kimi tanımaqdan imtina edib və adları çəkilən dövlətlər soyqırımı törədən şəxslərin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavab verməsini və erməni işğalına son qoyulmasını tələb ediblər. Keçən il sizin böyük səyləriniz və dəstəyiniz sayəsində İndoneziya Parlamentinə Xocalı Soyqırımının  tanıdılması üçün edilən müraciətə ilk olaraq siz imza atdınız. Xocalı Soyqırımı tezliklə İndoneziya Parlamentində dövlət səviyyəsində rəsmən  tanınacaqmı? Əlbəttə ki, sizin səylərinizin nəticəsi olaraq.

 

İndoneziya hökümətinin və Parlamentinin müxtəlif beynəlxalq məsələlər üzrə fikirləri və addımları daim eyni olur. Bu hal ona görə baş verir ki, müxtəlif beynəlxalq miqyaslı məsələlərdə İndoneziya Respublikasının hökuməti (icraedici hakimiyyət) və Parlamenti (qanunverici hakimiyyət) arasında hər zaman koordinasiya əlaqəsi mövcuddur.

 

İndoneziya hökumətinin və parlamentinin mövqeyi Xocalı faciəsi və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı təcavüzü məsələlərində eynidir. Bu, İndoneziya xalqının mövqeyini də əks etdirən xalqın tutduğu yol və milli dəyərlərindən ibarət, 1945-ci il Konstitusiyasının preambulasında qeyd edilən bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan – bura Ermənistanın  Azərbaycanın Dağlıq Qarabağ vilayətinə təcavüzü və işğal faktı kimi məsələlər də daxildir, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsindən ibarətdir.

 

Dağlıq Qarabağın işğalı faktının və insanlıq əleyhinə törədilmiş Xocalı Soyqırımının tanınması məsələsində İndoneziya hökumətinin və Parlamentinin rəsmi mövqeyi müxtəlif dövlət səviyyəli və beynəlxalq miqyaslı tədbirlərdə rəsmən bəyan edilmişdir.

 

Bununla da mən bildirmək istəyirəm ki, İndoneziya xalqı olaraq, bu cür fundamental və əsas insan azadlıqlarına, beynəlxalq hüquqa zidd olan Ermənistanın müstəqil Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa təcavüzü ilə bağlı mövqeyimizdən dönməyəcəyik.

 

Bu mövqeyimiz İndoneziya xalqının əsas milli dəyərlərindən ibarət olan 1945-ci il Konstitusiyasının Preambulasında aydın şəkildə ifadə olunmuşdur.

 

 

Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev cənablarına görüşün baş tutmasında göstərdiyi dəstək üçün təşəkkür edirik.

 

 

 

Ardı var…

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

17.01.2014 15:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*