Azərbaycanca

İngilis alimi Qarabağ problemi ilə bağlı BMT-yə səsləndi

07.07.2014 | 09:39

Peter230131_1023059214135_5769_nMüsahibimiz Peter Vonq (Wong) riyaziyyat, fizika və astrofizika üzrə ingilis alimidir. O, İngiltərə dövləti tərəfindən Londonunun Fəxri Vətəndaşı adına layiq görülüb. Onun “KarabakhİNFO.com”a eksklüziv müsahibəsini təqdim edirik.   

-Zəhmət  olmasa?  özünüz  haqqında oxucularımıza məlumat  verin.

-Mən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında doğulmuşam  və  həmişə  Britaniya  vətəndaşı  olmuşam. Azərbaycanlı  həyat  yoldaşım  Gülnarə xanımla  2005-ci  ildə  o,  Londonda  ingilis  dilini  tədris  edərkən  tanış  olmuşam. Növbəti  il  biz  ailə həyatı qurduq. Biz  Mərkəzi  Londonda  Regent  Parkın  yaxınlığında  St  Johns  Wood-da  təxminən  7 il  yaşadıq. Əkiz  oğullarımızın  dünyaya  gəlməsindən  az  sonra  biz  daimi  olaraq    Bakıya  köçdük. Mən  akademik, biznes, idarəetmə, bank  işi  və  təbiət  elmlərini  əhatə  edən  diplomlar  qazanmışam. Həmçinin  Londonun Fəxri Vətəndaşı mükafatı  ilə  təltif  olunmuşam. Mən  dünyanın  bir  çox  həm  sülhsevər  və  həm  də  sülhsevməyən  ölkələrinə  səfərlər  etmişəm.

-Bu  odlar  diyarını  sizə  sevdirən  nədir?

-İnsanlar,  mədəniyyət, yemək, günəş, torpaq – bütün  bunlar  bu  ölkəni  mənim  üçün  xüsusiləşdirir. Azərbaycan  xalqı  mehriban, xoşrəftar  və  qonaqpərvərdir. Onların  mədəniyyəti  qədim, lakin  daima  müasirləşən  sivilizasiya  üzərində  qurulub. Xəzər  iqliminin  fəsilləri  zəngin  torpaqla  birləşərək  hər  kəsin  sevdiyi  və  yararlandığı  orqanik  məhsulları  yetişdirməkdədir. Odlar  diyarı  həm  də  Günəş  diyarıdır. Bu  ölkənin  flora  və  faunası, həmçinin  şəhərətrafı  əraziləri  göz  oxşayandır.  

-Bəs,  siz  Qarabağ  münaqişəsi  haqqında  nə  düşünürsünüz? Sizcə  Ermənistan  haqlıdır, yoxsa  haqsız?

-Fakt  faktdır  və  bu bir həqiqətdir ki, ermənilər  Dağlıq Qarabağı  zor gücünə işğal ediblər. Həmçinin şəhidlərin cansız bədənləri sübut edir ki, Ermənistan hərbi hücum edərək Dağlıq Qarabağı işğal edib. Məncə, Birləşmiş  Millətlərin  822, 853, 874 və  884  saylı  qətnamələri  icra olunmalıdır.  

-Əgər siz İngiltərəyə qayıtsanız həmyerlilərinizə Dağlıq  Qarabağ problemi haqda danışacaqsızmı?     

-Bəli, əlbəttə.  

-Hazırda siz  Azərbaycanın  bu  problemini hansısa formada  təbliğ  edirsizmi?

-Bəli, Birləşmiş  Millətlər  Təşkilatının  822, 853, 874  and  884  saylı  qətnamələrinin  qüvvəyə  minməsi  üçün  “Facebook”  səhifəsi  yaratmışam.    

Fuad Hüseynzadə

“KarabakhİNFO.com” 

07.07.2014 09:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*