Azərbaycanca

İngilis dilində Qarabağla bağlı film çəkilib

11.09.2014 | 13:12

SIMIBSağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilovun “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsərəri “ sənədli filminin ingilis dilində hazırlanması ilə bağlı layihəsini başa çatdırıb.

 

Layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkilib. Filmdə məqsəd bu gün erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünki taleyi fonunda Qarabağ probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış film Qarabağ mədəni tarixinin Azərbaycan mədəniyyətində oynamış rolunu dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Eyni zamanda filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğunu diqqətə çatdırmaq Qafqazın mədəniyyət ocağı kimi bir Azərbaycanın ayrılmaz bölgəsi olaraq Qarabağın mədəniyyətimizdə tutduğu mövqenin dünyaya yayılmasına çalışılıb.

 

 

Xatırladaq ki, SİMİB buna qədər üç dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını və ingilis dilində “Qafqazın konservatoriyası” filmini hazırlamışdır.

 

 

“KarabakhİNFO.com”

 

 

11.09.2014 13:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*