Azərbaycanca

İrəvan 1 rayonu qaytarsa…

13.02.2015 | 14:59

75687

Davudoğlu: “İrəvan belə bir addım atsa, Türkiyə Ermənistanı uçurdar”

 

 

 

 

 

Ermənistan Qarabağdakı tək bir rayondan çəkilsə belə sərhədi aça bilərdik. Olmadı”.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə  istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O, ötən gün ölkədəki qeyri-müsəlman etniklərin liderləri ilə görüşüb. Görüşdən sonra şam 4 saat davam edib və bu müddətdə nazir bəzi məsələlərə aydınlıq gətirib.

 

 

Sərhədlərin açılması məsələsinə gəldikdə isə Davutoğlu deyib ki, Erbil Bağdatdan daha zəngindir. Çünki Türkiyə ilə birbaşa iqtisadi əlaqələri var. “İrəvanda belə bir addım atsa Türkiyəni Ermənistanı uçurdar. Yunanistan və Ermənistan bəzən “Türkiyə güçsüz bir vəziyyətə düşdüyü zaman bizim dediklərimizi qəbul edəcək” gözləntisi içərisindədir. Amma görürlər ki, Türkiyə onların gözlədiyi vəziyyətə düşmür, düşməyəcək də”

 

 

Nazir bildirib ki, Türkiyə Ermənitsan münasibətlərindən, qondarma soyqırımın 100 illiyindən danışıb.

 

 

“Ermənilərin yaşadığı ağrını hiss edirik. Biz erməni diasporanu da düşmən gözü ilə görmürük”.

 

 

Nazir ermənilərin Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbirə dəvət edilməsinə də aydınlıq gətirib. O, deyib ki, Türkiyə bunu martın 18-də anıb. Amma qarşı tərəf bunu 24 martda anırdı. “Biz 100-cü ili birlikdə anma üçün bu tarixi seçdik”.

 

 

XİN rəhbəri Doğu Perinçekin “soyqırımı” inkar məhkəməsi barədə fikirlərini açıqlayıb. O, deyib ki, Türkiyə düşüncələrin azad olmasını istəyir. “Məsələn, bir erməni Türkiyəyə gəlib “soyqırım oldu” deyə, hər hansı başqa bir şəxsdə dünyanın başqa bir ucunda “soyqırım olmadı” deyə bilməlidir. Yoxsa, Doğu Perinçek bildiyiniz kimi bizim yan-yana ola biləcəyimiz insan deyil. Bu məsələyə düşüncə azadlığı istiqamətindən baxırıq”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

13.02.2015 14:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*