Azərbaycanca

“İrəvan məsələsini həmişə gündəmə gətirmək lazımdır”

22.10.2014 | 17:31

IrevanAnar İsgəndərov: “Bu gün olanları qabardanda yenə də İrəvan, Qərbi Azərbaycan məsələsi üzə çıxır”

 

 

 


Zaman-zaman ermənilər Azərbaycana qarşı torpaq iddiasında olublar və öz istəklərinə çatmaq üçün terror və soyqırım əməllərinə əl atıblar. Hər dəfə ermənilərə torpaq güzəşti edilsə də, onlar bu mənfur fəaliyyətlərini davam etiriblər. Hansı ki onlar Azərbaycana qarşı bir daha torpaq iddiasında olmayacaqları ilə bağlı öhdəlik götürüblər. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı aşkarladığı bir sıra yeni sənədlər də bunu bir daha sübut edir.
Sənədlərdə göstərilir ki, Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Lakin ermənilər 1918-ci ildə imzalanmış bu razılaşmanı bir neçə dəfə pozdu. Ən sonda da Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etmələri ilə necə təcavüzkar olduqlarını göstərdilər.
anarBakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərov e-jurnalımıza açıqlamasında 1918-ci il mayın 29-da bu məsələ ilə bağlı qərarın böyük mübahisələrdən sonra qəbul olunduğunu dedi: “Nə qədər ağrılı olsa da, amma başqa yol olmayıb. Eyni zamanda erməni tərəfi də üzərinə öhdəlik götürüb ki, Qarabağ və Zəngəzurla bağlı iddialarından əl çəkir. Həm də bir fikir var idi ki, Azərbaycan və Ermənistan konfederasiya şəklində birləşib dost olacaqdılar. Amma ermənilər bütün öhdəlikləri pozaraq yenidən ərazi iddiaları etdilər və sonda yenə də torpaqlarımıza təcavüz etdilər”.
Onun fikrincə, İrəvan məsələsini həmişə gündəmə gətirmək lazımdır: “Çünki o bizim tarixi torpağımızdır. Amma bu gün baş verənlər daha çox qabardılmalıdır. Bu gün olanları qabardanda yenə də İrəvan, Qərbi Azərbaycan məsələsi üzə çıxır. Yəni həmin prosesdir, davam edir. Bünövrəsi XIX əsrdə qoyulsa da, bu günə kimi gəlib çıxıb. Dünyada siyasi maraqlar həmişə ədalətdən üstün sayılır. Bu gün də həmin proseslər gedir. Bu məsələləri biz yox, dünya həll edir. Amma bizim də borcumuz tarixi sənədləri araşdırıb dövriyyəyə çıxarmaqdır”.
A.İsgəndərov dedi ki, Ermənistan heç bir qanuna məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Qəribədir ki, ATƏT və ya digər beynəlxalq qurumlar bu günə qədər hələ konkret bəyanat verməyiblər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Eləcə də Fransa, Rusiya ABŞ heç yerdə deməyiblər ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edib. Əslində çömçə kimin əlindədirsə, bu işi qarışdıranlar da onlardır”.
Qeyd edək ki, bu torpaqların ermənilərə güzəşt edildyi zaman bəlkə də Azərbaycanda geopolitik durumun ən gərgin, həssas olduğu günlər olub. O zaman nəinki İrəvan, hətta rus-erməni birləşmələrinin işğal etdiyi Bakı, bu birləşmələrin hücuma hazırlaşdığı Gəncə ölüm-qalım təhlükəsini yaşayırdı. Erməni-rus birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdiyi qırğınlar, eləcə də onların yaratdıqları siyasi gərginlik fonunda İrəvanın ermənilərə verildiyi yox, ermənilərin İrəvanı məcburi aldığı görünür. Yəni AXC yaradıcıları seçim qarşısında qalıblar. Belə demək olarsa, İrəvanı ermənilərə güzəştə getməklə bütöv Azərbaycanı xilas ediblər. A.İsgəndərov bildirdi ki, həmin zaman ictimai-siyasi vəziyyət bundan da dəhşət olub: “Onda 25 min erməni ordusu İrəvanın ətrafında idi. Azərbaycanın ordusu buna baxanda çox az idi”.
Onun sözlərinə görə, o zaman Qafqazın taleyini Osmanlı İmperiyası həll edirdi: “Dövlətin dövlətə məhəbbəti yox, marağı olur. Osmanlı dövləti bizi nə qədər çox istəsə də özünün marağı var idi. Allahın xoşbəxtliyi onda idi ki, bizim maraqlarımzla Osmanlının maraqları üst-üstə düşürdü. Osmanlı dövləti də uzun illər idi ki, Ermənistan dövlətinin ondan kənarda qurulmasının yolunu fikirləşirdi. Onun üçün əla vəziyyət yarandı. Təbii ki, Qafqazın hökmünü Osmanlı dövləti verirdi deyə qərarı da o verdi ki, Tiflis gürcülərin, Gəncə Azərbaycanın müvəqqəti paytaxtı, Ermənistanın da paytaxtı İrəvan olsun. Bununla bağlı yüzlərlə sənəd var ”.

 

 

ferhad-mehdiyevQafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev bizimlə söhbətində dedi ki, öhdəlik pozulsa da bu torpaqların geri qaytarılmasını tələb etmək fayda verməz: “Azərbaycan BMT, MDB, ATƏT və Avropa Şurasına daxil olanda Ermənistanın ərazi bütövlüyünə dair bir qeyd-şərt irəli sürməyib. Yəni Ermənistanın ərazi bütövlüyünü qəbul edib. Ona görə Azərbaycan indi bu barədə heç nə deyə bilməz”.
Onun fikrincə, hətta Ermənistanın özünə də hər hansı iddia qaldırmağın perspektivi sıfırdır.

 

“Ermənilər həmişəki kimi bu razılaşmanı da pozdular”

 
Hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı fikirlərini ifadə ershadedərkən dedi ki, həmin müqavilənin qarantı olan 3-cü dövlət kimi Osmanlı İmperiyası çıxış edib: “Batum müqaviləsi o zamankı Osmanlı dövlətinin diqtəsi ilə həyata keçirilib. Mudros müqaviləsindən sonra isə Osmanlı dövləti ləğv edildi. Yəni Batum razılaşması üç dövlətlə Osmanlı arasında olub. Bu dövlətlərin bir-birinə münasibətdə razılaşması olub. Amma ermənilər həmişəki kimi bu razılaşmanı da pozublar”.
Onun sözlərinə görə, indiki Ermənistan həmin Ermənistanın hüquqi varisidir: “SSRİ dağılandan sonra həm Ermənistan, həm Azərbaycan, həm də Gürcüstan özlərini 1918-ci illərdə qurulan dövlətlərin varisi sayıblar. Ermənistan müqaviləni pozan tərəfdir. Bütün dünya bilir ki, Ermənistan işğalçı dövlətdir”.
O qeyd etdi ki, ölkənin ərazi bütövlüyünü təmin etmək dövlətin vəzifəsidir: “Bu işi müvafiq hakimiyyət orqanları təşkil etməli, buna beynəlxalq və daxili zəmin yaratmalı, münasib bir vaxtda isə istənilən üsulla bunu həyata keçirməlidir. Amma unutmaq olmaz ki, dövlət mücərrəd bir şey deyil. Dövlət elə bizik, insanlardır. Bizdə vətənin ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz iradə və zəruri israr olarsa, buna nail olacağımız qaçılmazdır. Ona görə də hər bir fərd və bütövlükdə cəmiyyət əsas vəzifəsi olaraq bunu görməli, özünü və ətrafındakıları bu məqsədə nail olunmasına yönəltməlidir. Tarixdə belə faktlar çox olub. Amma sonda həmişə iradəsi güclü olanlar, öz istəyində israr edənlər, bunun üçün hər şeyə gedə bilənlər qalib olublar”.

 

 
Fuad Hüseynzadə
“Karabakhinfo.com”

 

 

 

 

22.10.2014 17:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*