Azərbaycanca

İrəvan qaynayır

27.01.2015 | 13:42

73296

 

Ermənistan paytaxtı yanvarın 29-da daha bir etiraz aksiyasının şahidi olacaq

 

 

 

 

 

 

 

“Aravot” qəzeti yazır ki, ATƏT-in İrəvandakı ofisi qarşısında təşkil olunacaq aksiya “ATƏT – Azərbaycanın təcavüzünün susqun sponsoru” devizi altında keçiriləcək.

 

 

“KarabakhİNFO.com” beynlxalq elektron jurnalı ANS PRESS-ə istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı siyasi şərhçi Karen Vardanyandır. O, qəzetin müxbirinə deyib ki, məhz etiraz aksiyanın keçirilməsi haqqında qərar indi qəbul edilib. Çünki, hər gün atəşkəs rejiminin pozulması halları ilə qarşılaşırıq, amma ATƏT və onun Minsk qrupu susqun və hərəkətsiz dayanır. Çoxları Ermənistanı və Rusiya tərəfini ittiham edirlər, amma heç kim ATƏT-i ittiham etməyə cürət göstərmir.”

 

 

Ermənilərin bu aksiyanı keçirməsi səbəbsiz deyil. Belə ki, son günlər təmas xəttində yaşanan gərginlik nəticəsində Ermənistan ordusunun böyük sayda itki verməsi onları bu addımı atmağa məcbur edir. Dünənə kimi, ATƏT-i və Minsk qrupunu tərifləyən “erməni başbilənləri” indi bu təşkilata qarşı etiraz səsi ucaldırlar. Deyəsən, indi pişiyin quyruğu qapı arasında qalıb…

 

 

Ümumiyyətlə, Ermənistandakı etiraz aksiyaları bununla bitmir. Ötən gün etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər. Onlar prezident Serj Sarkisyana 24 saat vaxt veriblər. Həmçinin nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Nümayişçilərin bir qismi BMT ofisinə tərəf gediblər.

 

 

Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. İnsanlar İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edirlər.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

27.01.2015 13:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*