Azərbaycanca

İrəvanda böyük partlayış olacaq

05.02.2015 | 14:47

Irevan mitinq 3.

“Çiçəklənən Ermənistan” partiyasının sədri böyük mitinq anonsu verdi

 

 

 

 

Yaxın günlərdə İrəvanda böyük mitinq təşkil olunacaq.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı ANS PRESS-ə istinadən məlumat verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan bildirib. “Ermənistanda siyasi monopoliyaya son qoyulmalıdır. İndi top hakimiyyətdədir. Lakin bu əbədi deyil. Onlar yekun qərar verməlidirlər. Biz Ermənistanda və ondan kənarda yaşayan layiqli ermənilərin namizədliklərini dəstəkləyəcəyimizi bəyan edirik”, – deyə Qaqik Sarukyan bildirib.

 

 

Qeyd edək ki, Ermənistanın İrəvan və ikinci ən böyük Gümrü şəhərində demək olar hər gün aksiyalar keçirilir. Aksiyalar həm 7 nəfərlik erməni ailəsini qətlə yetirən rus hərbçi Valeri Permyakov, həm də Rusiyanı dəstəkləyən hakimiyyətə qarşı təşkil olunurdu. Aksiyalar Rusiyanın Gümrüdəki konsulluğunun binası qarşısında, eləcə də İrəvandakı Rusiya Səfirliyi binası və Sarkisyanın iqamətgahı qarşısında təşkil edilirdi.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

05.02.2015 14:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*