Azərbaycanca

İrəvanda böyük savaş

16.02.2015 | 11:56

79241

Fevralın 20-i Ermənistan tarixinin ən gərgin günü olacaq

 

 

 

 

 

 

Ermənistanda siyasi vəziyyət gərginləşir.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  ANS PRESS-ə istinadən məlumatına  görə, “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatlar öz mandatlarından imtina etmək niyyətlərindədirlər. Ekspertlər proqnozlaşdırır ki, digər müxalifət partiyalarının deputatları da onların yolu ilə gedəcək. Təbii ki, bu cür demarş erməni parlamentinin işinə təsir göstərəcək.

 

 

Respublikada tanınmış politoloq Levon Şirinyan xüsusi çağırılmış mətbuat konfransında bildirib ki, indiki hakimiyyətlə vidalaşmağın vaxtı məhz indi çatıb. Onun sözlərinə görə, ölkəyə siyasi və iqtisadi dəyişikliklər lazımdır.

 

 

Bununla yanaşı, parlamentin üç müxalifət partiyası fevralın 20-də İrəvanda genişmiqyaslı mitinq keçirilməsi barədə qərar qəbul edib.

 

 

Birgə bəyanatda bildirilir ki, respublikada siyasi iqlimin kəskin pisləşməsinə və hakimiyyətdəkilər tərəfindən törədilən repressiyalara qarşı dərhal reaksiya vermək lazımdır. Bəyanatda deyilir ki, ölkənin aparıcı müxalifət partiyaları Azadlıq meydanında vətəndaşlarla birlikdə Serj Sarkisyanın ətrafının yaratdığı çıxılmaz vəziyyətdən xilas olmaq barədə qərar qəbul edəcəklər.

 

 

Amma bununla yanaşı hakimiyyətdə olanlar təzyiqi artırıblar. Artıq dəfələrlə müxalifət fəallarının döyülməsi halları qeydə alınıb.

 

 

Bu gündən isə baş nazir Ovik Abramyanın şəxsi göstərişi ilə “Çiçəklənən Ermənistan” partiyasının lideri, ölkənin ən varlı adamı Qaqik Sarukyanın maliyyəsinin yoxlanması başlanılıb. Yoxlamanın əsas məqsədi müxalifətçinin vergidən yayınması faktlarının ortaya çıxarılmasıdır. Halbuki, bunu bir il, iki il və ya üç il qabaq eləmək olardı.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

16.02.2015 11:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*