Azərbaycanca

İrəvanda etiraz aksiyaları səngimək bilmir – Növbəti aksiya

30.01.2015 | 14:51

Irevan mitinq

Ermənistanda “Dövriyyə vergisi haqqında” qanunun qüvvəyə minməsinə etiraz edən yüzlərlə ticarətçi bu gündən sərt tədbirlərə başlayacaqlarını açıqlayıblar

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının APA- ya istinadən verdiyi məlumata görə, onlar yenə Nazirlər Kabinetinin binası qarşısına toplaşaraq baş nazir Ovik Abramyanla görüş tələb edirlər.

 

 

“Biz istəyirik ki, baş nazir bizimlə görüşsün və qanunun niyə təxirə salınmadığını aydınlaşdırsın. Baş nazir, isti kabinetindən çıxın. Əgər aşağı düşməyəcəksinizsə, deməli vəzifəni tərk edəcəksiniz. Bu gündən biz radikal tədbirlərə əl atacağıq, ancaq qanunları pozmayacağıq”, – deyə etirazçılar bildiriblər.

 

 

Nümayişçilər “Ovik aşağı düş”, “təxirə sal” kimi şüarları səsləndiriblər.

 

 

Xatırladaq ki, bu gündən etibarən etirazçılar fevralın 1-dən qüvvəyə minməli olan “Dövriyyə vergisi haqqında” qanunun təxirə salınması ilə bağlı imza kampaniyasına başlayıblar. Ötən gün də onlar hökumət evinin qarşısına toplaşaraq O. Abramyanla görüş tələb ediblər, ancaq o, etirazçıları qəbul etməyib.

 

 

Sözügedən qanunla bağlı etirazlar hələ ötən ilin sentyabrından başlayıb. Bundan sonra hökumət qanunun qüvvəyə minməsini fevrala ayınadək təxirə salınması haqqında qərar qəbul edib.

 

 

 

 

 

“Armtoday”

 

 

30.01.2015 14:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*