Azərbaycanca

İrəvanda etirazçılar geri çəkildi

31.01.2015 | 14:03

Irevan mitinq

İrəvan ticarətçiləri fevralın 2-dək aksiyanı dayandırıblar

 

 

Ermənistanda “Dövriyyə vergisi haqqında” yeni qanuna qarşı etiraz edən ticarətçilər baş nazir Ovik Abramyanla görüşün nəticələrindən razı qalıblar.

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə dünən Hökumət Evinin qarşısında növbəti etiraz aksiyası keçirən ticarətçilərin baş nazirlə görüşən nümayəndə heyətinin üzvləri məlumat veriblər.

 

 

News.am saytının məlumatına görə, Ovik Abramyanla görüş zamanı ticarətçilər yeni qanunun mübahisəli tərəflərini və sənədləşmələrlə bağlı bəzi problemləri baş nazirin diqqətinə çatdırıblar.

 

 

Ermənistanın baş naziri isə bu məsələləri müzakirə edəcəyini və növbəti həftənin ilk günündə onlara cavab verəcəyini vəd edib.

 

 

Bundan sonra etirazçılar piketi dayandırıblar. Fevralın 2-də isə ticarətçilər Baş nazirdən cavab almaq üçün yenidən Hökumət Evinin qarşısına toplaşacaqlar.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

31.01.2015 14:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*