Azərbaycanca

İrəvanda kürd erməni savaşı

11.02.2015 | 15:38

75621

Ermənistandan deportasiya yunan və aysorları da gözləyir

 

 

 

 

 

Batan gəmini adətən siçovullar birinci tərk edir. Ermənistanda da belə oldu. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən  məlumatına görə, 2000-ci ildən başlayaraq ermənilər kütləvi şəkildə ölkədən getməyə başlayıblar və 800 min erməni vətəndaşlıqdan çıxaraq ölkəni tərk etdi.

 

Əgər 2000-ci ildə ölkədə qeydiyyatda olanların sayı 3,8 milyon idisə, hazırda rəsmi məlumata görə, 3 milyon ətrafında dəyişir. Real mühacirət nəzərə alınarsa, ölkəni tərk edənlərin sayı bir neçə dəfə çoxdur. Ermənistanda qeydiyyatda ola-ola Rusiya və başqa ölkələrdə yaşayanların sayı 1,5 milyondan çoxdur. Avropadakı erməni diasporu təşkilatlarının verdiyi məlumata görə, hazırda ölkədə 1,4 milyon adam yaşayır.

 

 

İndi Ermənistanı milli azlıqlar da tərk etməyə başlayıb. Ermənistan milli azlıqlarının milli mədəni təşkilatlarının kordinasiya şurasında yəzidi kürdlərin təmsilçisi olan Siaband Bakoyanın verdiyi məlumata görə, 10 il ərzində ölkədə yaşayan yəzidi kürdlərin sayı 10 min nəfər azalıb və hazırda Ermənistanda 36 min yəzidi kürd yaşayır. Bakoyan problemi yəzidi kürdlərin hakimiyyət orqanlarında təmsilçilərinin olmaması ilə izah edir.

 

 

Erməni mətbuatının yazdığına görə, bu, yəzidilərin dolanışığının pisləşməsinə səbəb olur. Yarımköçəri yəzidi kürdləri heyvandarlıqla məşğul olur və erməni məmurlar onların yaylağa qalxmasına mane olmaq üçün müxtəlif cərimələr uydururlar. Nəticədə, yəzidilər sürüləri sataraq ölkəni tərk edirlər. Bakoyan Geqarkunik vilayətində (Göyçə mahalında) yerləşən 20 yəzidi kəndinin icra nümayəndəsinin kürd olmasını xahiş edib. Çətin ki, ermənilər onun bu xahişini yerinə yetirsin. Dünyanın yeganə monoetnik dövlətinə sahib olmaları ilə fəxr edən ermənilər yəzidiləri və digər etnik azlıqları ölkədən tam çıxarmağı çoxdan arzulayırlar.

 

 

Eyni tale sayı 1500-ə çatan yunanları və sayı 3 min ətrafında dəyişən aysorları da gözləyir.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

11.02.2015 15:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*