Ermənistanda aksiya iştirakçıları Serj Sarkisyanın iqamətgahına doğru hərəkət edir
ANS PRESS-in məlumatına görə, etirazçılar fevralın 1-də qüvvəyə minəcək qanun layihəsinin ləğvini tələb edirlər.
Sayları mindən artıq olan aksiya iştirakçılarının sayı durmadan artır. Etiraz etmək üçün İrəvana bölgələrdən də çoxlu insan gəlib.
“Biz qapıları açıb içəri girəcəyik”, – deyə aksiya iştirakçılarından biri deyib. Sarkisyanın iqamətgahı qarşısına çoxlu sayda polis toplanır.
Qeyd edək ki, bir qədər əvvəl Gümrü şəhər sakinləri öz avtomobilləri ilə paytaxta doğru gediblər. Onlar vergi haqqında qanuna qarşı etiraz aksiyasına qoşulmaq üçün bu addımı atıblar.
Ermənistanın baş naziri Ovik Abramyan iş cədvəlinin gərginliyinə görə aksiya iştirakçıları qarşısına çıxmaqdan imtina edib.
“KarabakhİNFO.com”