Azərbaycanca

İrəvanın savaş ssenarisi

17.02.2015 | 11:55

81293

 

Robert Koçaryan: “Təmas xəttində vəziyyət ağır olacaq”

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron  jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, İrəvanda mitinq olmayacaq. Şəhər meri belə qərara gəlib. Iddia edib ki, parlamentin üç müxalifət partiyası tərəfindən təqdim edilmiş ərizə düzgün tərtib edilməyib. Ermənistanda vəziyyət elə gərginləşib ki, ekspertlərin fikrincə, hakimiyyət fevralın 20-ə təyin edilmiş mitinq fərqli nəticələr verə bilər.

 

 

Nəhayət, Serj Sarkisyanın Qarabağdakı keçmiş cinayət ortağı Robert Koçaryanın da səsi çıxıb. Hakimiyyət onu oliqarx Qaqik Sarukyanın yardımı ilə respublikanın ən yüksək vəzifəsinə iddmia etməkdə günahlandırır. Eks-prezident öz keçmiş cinayət ortağı Serj Sarkisyanı müxalifətə, xüsusilə də “Çiçəklənən Ermənistan” partiyasına və onun liderinə qarşı əməllərinə görə narazılıq bildirib.

 

 

Eks-prezident qeyd edib ki, ölkə ağır problemlərə düçar olub və bunları yalnız bütün cəmiyyətdə geniş həmrəylik əsasında həll etmək mümkündür. Əks halda, onun fikrincə, bütün bunlar çox ağır şəkildə həm ölkə iqtisadiyyatına, həm də Qarabağda qonşunların təmas xəttindəki vəziyyətə təsir gösçtərəcək.

 

 

Bununla yanaşı, “Çiçəklənən Ermənistan” partiyasında liderlərinin deputat mandatından məhrum ediləcəyi zaman keçiriləcək tətillər, itaətsizlik kampaniyası, aclıq aksiyaları müzakirə edilir.

 

 

Amma hakimiyyətdə oturanlar da boş durmurlar və müxalifətə təzyiq göstərməkdə davam edirlər. Polisə Sarukyanın mühafizəçilərini yoxlamaq əmri verilib. Bunun nəticəsində 200 nəfər işdən qovulub. Bunlar əsasən “Çiçəklənən Ermənistan” partiyasının liderinin biznes mərkəzini qorumuş əməkdaşlardır. Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, işdən qovulanların çoxu dövlət qurumlarında işləmələrinə baxmayaraq, şəxsən Sarukyan tərəfindən dəstəkləniblər.

 

 

Ermənistan parlamentində isə “Çiçəklənən Ermənistan” liderini deputat mandatından məhrum etmək üzərində işləyirlər. Bu barədə parlamentin spikeri Qalust Saakyan bildirib.

 

 

Özünü müstəqil Ermənistan tarixinin ən demokratik prezidenti kimi təqdim edən prezident Serj Sarkisyanın göstərişi ilə bu müxalifət partiyasına qarşı bütün cəbhələrdə təzyiq edilir.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

17.02.2015 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*