Azərbaycanca

İrəvanın son ümidi ölür

05.02.2015 | 11:46

 

48721

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birinci katibi Nikolay Bordyuja İrəvana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıb

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, o, xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib.

 

 

N.Bordyuja Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığını deyib, KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dəstək verəcəyini söyləyib.

 

 

E.Nalbandyan Ermənistanın KTMT-yə təhlükəsizliyinin təminatı kimi baxdığını deyib: “Bu, bizim üçün əhəmiyyətli komponentdir və ümid yeridir. Biz təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzrə ardıcıl səylərimizi davam etdirəcəyik.” KTMT rəhbəri Nikolay Bardyuja isə qurumun Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə qarışmayacağını demişdi. O, bunun KTMT nizamnaməsinə zidd olduğunu bildirmişdi.

 

 

Bildirilib ki, KTMT-yə üzv ölkələrin nümayəndələrinin bu ilin yazında görüşü keçiriləcək.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

05.02.2015 11:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*