Ermənistan höküməti Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı hərbi əlaqələrin əhəmiyyətini azaltmağa çalışır. Bununla belə, bu ölkənin rəhbərləri Ermənistan üzərində mümkün mənfi təsirlərin ola biləcəyini də etiraf edirlər.
Naxçıvan Muxtar Respublikasında keçirilən görüşdə hər üç ölkənin Müdafiə nazirləri ölkələr arasında mövcud üçtərəfli əlaqələri möhkəmləndirmək istəklərini ifadə etdilər. Azərbaycan Müdafiə nazirinin bildirdiklərinə görə, onlar ildə iki dəfə belə görüşlər təşkil etməyi qərar alıblar. Bununla yanaşı, hər üç ölkə neft və qaz resurslarının mühafizəsini təşkil etmək üçün birgə hərbi təlimlərə start verəcəklər.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, Naxçıvan görüşünü şərh edən Ermənistan Müdafiə nazirinin birinci müavini David Tonoyan bildirib ki, Gürcüstanın iki rəqib dövlətlə əlaqələrini genişləndirməsi rəsmi İrəvanı çox da narahat etmir. “Qonşu Gürcüstan dövləti ilə Ermənistanın bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində ümumi maraqları var. Sübut kimi müdafiə sahəsi də daxil olmaqla bir çox sahələrdə həyata keçirilimiş əməkdaşlıq təşəbbüslərini göstərmək olar ” – deyə o, erməni mətbuatına açıqlaması zamanı bu fikirləri səsləndirdi.
“Buna baxmayaraq, bu əməkdaşlığın nəticələri tamamilə Ermənistanın diqqət mərkəzindədir və bizim üçün strateji əhəmiyyət daşıyır. Buna uyğun olaraq Ermənistan gələcək müdafiəsini planlaşdıra və mümkün mənfi təsirləri hesablaya bilər ” – deyə Tonoyan əlavə edib.
Xatırladaq ki, Gürcüstan Müdafiə naziri İrakli Alazaniya Naxçıvan görüşündən əvvəl Gürcüstan mediasına bildirib ki, biz heç kəsə qarşı birləşməmişik.
“KarabakhİNFO.com“