Azərbaycanca

İran XİN: Dağlıq Qarabağda “seçkilər”in keçirilməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq

13.04.2015 | 14:25

Iran_MID_XIN_200412_04

“Dağlıq Qarabağ münaqişəsi zonasında “seçkilər”in keçirilməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq məsələlərdən biridir. Bu kimi hərəkətlərdən ciddi şəkildə çəkinilməlidir”. Bunu Azərbaycanın işğal olunmuş ərazisində mayın 3-də keçiriləcək qondarma “parlament seçkisi” ilə bağlı Trend-in sorğusuna cavab olaraq İranın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik baş verməyib: “İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı iki ölkə müştərək bəyanat yayımlayıb və həmin bəyanatda İslam Respublikasının Dağlıq Qarabağla bağlı mövqeyi öz əksini tapıb. İran münaqişə tərəflərindən istəyir ki, regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq hər hansı bir hərəkətin baş verməsindən çəkinsinlər”.

Trend.az

13.04.2015 14:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*