Azərbaycanca

İran XİN rəhbəri: “Biz həmişə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”

16.02.2015 | 14:06

“İran bir qonşu dövlət 1424025525olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır”

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  APA-a istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

 

Onun sözlərinə görə, İranın 100 kilometrlik ərazisi münaqişə zonası ilə sərhəddə yerləşir. Nazir qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir:

 

 

“İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

16.02.2015 14:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*