Azərbaycanca

İraq səfiri: “Arzum budur ki, Dağlıq Qarabağ sülh yolu ilə Azərbaycana qaytarılsın”

14.10.2014 | 15:26

1394437078_iraq1“Arzum budur ki, Azərbaycanın unudulmaz ağrı-acısı olan Dağlıq Qarabağ torpağı sülh yolu ilə öz sahibi Azərbaycana qaytarılsın”.

 

 

APA-nın məlumatına görə, bunu Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.

 

 

Səfir Dağlıq Qarabağla yanaşı, digər münaqişəli torpaqların da öz sahibinə qaytarılmasını, bütün müsəlman dünyasında sülh və əmin-amanlığın bərqərar olmasını arzu edib: “Eyni zamanda Fələstin torpaqlarının da öz sahibinə qaytarılması üçün dua edirəm. Bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq bərqərar olsun. İraqda, Suriyada, Misirdə, Liviyada, Yəməndə və digər ölkələrdə yaşayan müsəlmanlar heç bir əziyyətdən, heç bir zülmdən əziyyət çəkməsin”.

 

 

Səfir qeyd edib ki, bu gün müsəlman ölkələrində “Əl-Qaidə” və “İŞİD” kimi terror təşkilatlarının törətdiyi vəhşiliklər hamıya bəllidir: “Terrorçular insanları yurd-yuvasından didərgin salır, qadınları, uşaqları qətlə yetirirlər. Onlar dünyada əmin-amanlığa son qoymaq üçün saxta müsəlmanlar yetişdirməklə məşğuldurlar. İslam adı altında fəaliyyət göstərən bəzi qurumlar var ki, islamı ləkələmək istəyirlər. Arzum budur ki, Allah onları məhv eləsin”.

 

“KarabakhİNFO.com”

 

 

14.10.2014 15:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*