Azərbaycanca

“İrs” fondu: ABŞ Cənubi Qafqazdakı hadisələrə öz qorxusuna və riskə görə məhəl qoymur

27.11.2014 | 16:25

Logo_Heritage_Foundation_240610ABŞ və NATO-nun diqqətinin Rusiyanın Mərkəzi və Şərqi Avropada fəaliyyətinə yönəldiyi bir vaxtda Cənubi Qafqazda daha diqqətə layiq hadisələr baş verir. Trend-in məlumatına görə, bu barədə Luki Koffinin ABŞ-ın strateji araşdırma institutu olan “İrs” fondu (“The Heritage Foundation”) üçün hazırladığı məruzəsində deyilir.

 

Məruzə müəllifi hesab edir ki, Cənubi Qafqaz regionundakı belə hadisələrdən biri Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasıdır: “Cənubi Qafqaz regionu coğrafi cəhətdən ABŞ-dan uzaqda yerləşsə də, orada baş verən hadisələr Transatlantik ictimaiyyət üçün ciddi fəsadlar verə bilər. Cənubi Qafqazdakı hadisələr regional təhlükəsizliyə təsir edə bilər və bu da müvafiq olaraq ABŞ və Avropanın təhlükəsizliyinə təhdiddir. Bununla da ABŞ-ın milli maraqları tələb edir ki, regiondakı hadisələrə daha diqqətlə yanaşılsın”.

 

 

Sənəddə qeyd edilir ki, Gürcüstan və Azərbaycan Əfqanıstanda qoşunların təchizatı ilə bağlı NATO-nun şimal paylayıcı şəbəkəsində, eləcə də neft-qazın Avropa bazarlarına tranziti baxımından vacib rol oynayır.

 

 

L.Koffi yazır ki, Avropanın Rusiya enerjidaşıyıcılarının tədarükündən asılılığının azaldılması üçün neft-qaz tranziti xüsusi önəm kəsb etməyə başlayır: “Bu baxımdan ABŞ regionda sabitliyə çalışmalıdır”.

 

 

Məruzədə vurğulanır ki, beynəlxalq ictimaiyyətin Ermənistana qoşunlarını Azərbaycan torpaqlarından çıxarması ilə bağlı dəfələrlə çağırışına rəğmən, bu ölkə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış torpaqlarının 20 faizini işğal altında saxlamağa davam edir.

 

 

Tərəflər 1994-cü ildə atəşkəs rejimi haqqında saziş imzalasalar da, münaqişə hələ də nizamlanmayıb. Məruzədə qeyd edilir ki, son vaxtlar regionda gərginliyin artması davam edir: “Əgər atəşkəs rejiminin pozulması halları irimiqyaslı müharibəyə çevrilərsə, bundan qoşunların təmas xəttindən 8 mil (1 mil-1609 metr) aralıda yerləşən neft-qaz kəmərləri zərər görə bilər. Digər tərəfdən, bu, qonşu Gürcüstanda sabitliyi poza bilər”.

 

 

Məruzədə vurğulanır ki, Dağlıq Qarabağ regionunda qeyri-sabitlik Rusiyaya sərf edir, çünki bu, Moskvaya nüfuzundan istifadə, xüsusi ilə Ermənistana təsir etmək imkanı verir.

 

 

Sənəddə bildirilir ki, Cənubi Qafqazın geostrateji əhəmiyyəti və Rusiyanın regionda yeni rolu ilə əlaqədar ABŞ Cənubi Qafqazda siyasət və təhlükəsizlik sahələrində son çağırışlara məhəl qoymaya bilməz: “Dağlıq Qarabağ üzrə sülh danışıqları dalana dirənib və ABŞ hazırda tərəfləri danışıqlar stolu ətrafına qaytarmaq üçün edəcəyi çox şey yoxdur. Buna baxmayaraq, ABŞ bununla bağlı səssizliyini qorumaqla mövcud status-kvonunun qeyd-şərtsiz bəyənilməsini nümayiş etdirir”.

 

 

Müəllif yazır ki, ABŞ Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını ehtiva edən münaqişənin sülh yolu ilə nizamlanmasına çağırışlarını davam etdirməlidir: “Cənubi Qafqaz amerikalı siyasətçilərə çox uzaq göründüyü bir vaxtda regionda mövcud və potensial münaqişələrin eskalasiyası təhlükəsizlik sahəsində ABŞ-a və onun maraqlarına təsir edə bilər”.

 

 

Müəllif hesab edir ki, ABŞ öz qorxusuna və riskə görə Cənubi Qafqaza məhəl qoymur.

 

“KarabakhİNFO.com”

 

 

27.11.2014 16:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*