Azərbaycanca

İSESCO baş katibi: “Dağlıq Qarabağda işğala son qoyulmalıdır, mən bunu İSESCO adından bəyan edirəm”

02.10.2014 | 12:09

qarabag_3UNESCO və İSESCO baş katibləri V Bakı Beynəlxalq Forumunun iştirakçılarını təbrik ediblər.

 

APA – nın məlumatına görə, UNESCO baş katibi İrina Bokova video-müraciətində deyib ki, mədəniyyət, təhsil və elm insanlar üçün vacibdir.

 

Onun sözlərinə görə, bu Forum əslində UNESCO-nun üzərinə götürdüyü missiyanı əks etdirir: “Biz Foruma tam dəstəyimizi ifadə edirik. Bu böyük təşəbbüsü, eyni zamanda bu təşəbbüsü əzmkarlıqla reallaşdırdığına görə Azərbaycanı təbrik edirəm”.

 

 

İSESCO-nun direktoru Əbdüləziz Osman əl-Tuveycri isə çıxışında deyib ki, bu tədbirin dialoq, ahəngdar və dözümlülük mərkəzi olan Bakıda keçirilməsi çox mühümdür. Onun sözlərinə görə, prezident İlham Əliyev Bakı Beynəlxalq Forumunu qlobal bir tədbirə çevirib: “Dünya görünmədiyi kimi ahəngdar münasibətlərin qurulmasını tələb edir. Çox böhranlı və çətin bir şəraitdə yaşayırıq. Beynəlxalq ictimaiyyət çaşqınlıq içindədir. Təhlükəli çağırışların aradan qaldırılmasına hazır olmalıyıq. Forum sülh naminə bir əqli alyansdır. Biz ilk öncə ekstremist meyllərin aradan qaldırılmasına nail olmalıyıq. Lakin dünyada fərqlilik hüququna hörmət etmədən buna nail ola bilmərik”.

 

 

İSESCO-nun direktoru qeyd edib ki, Bakı Beynəlxalq Forumu ən uğurlu tədbirlərdən biridir: “Bu tədbirlərlə Bakı dünyanın diqqətini cəlb edib, ideal platforma qurulub. Bu Forumu insan sivilizasiyasının ən ülvi məramlarını əks etdirən platforma adlandırdım. Biz əsl insan alyansını qurmalıyıq və bu Forum insan alyansıdır”.

 

 

O bildirib ki, Dağlıq Qarabağın işğalı və Fələstin problemi ilə əlaqədar bir çox təşəbbüslər irəli sürülüb: “Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Dağlıq Qarabağda işğala son qoyulmalıdır, mən bunu İSESCO adından bəyan edirəm”.

 

 

Ə. Əl-Tuveycri bütün terrorçulara qarşı çıxış etdiklərini vurğulayıb: “Terrorçuluq bəşəriyyətə, dinə, bütün insanlara, fərdlərə qarşıdır. Gəlin səylərimizi birləşdirək, təcavüzə, terrorçuluğa qarşı mübarizə aparaq”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

02.10.2014 12:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*