Azərbaycanca

İşğal altında olan Qarabağda yaşayan “azərbaycanlılar”?!

22.07.2014 | 09:46

10523887_606442819469205_648274711_nDağlıq Qarabağın Ermənistan tərəfindən işğalından sonra təkcə  köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyyətini gizlətməkdən çəkinməmişdir. Azərbaycanda 30 mindən çox erməninin yaşaması bəllidir, bunu sübut etməyə ehtiyac yoxdur.

Bakı Şəhər Statistika İdarəsindən verdiyi statistik məlumat da bu faktı təsdiqləyir. Araşdırmaya görə, 1999-cu ildə keçirilən siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyyətini gizlətməyərək, erməni olduqlarını etiraf ediblər. 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada isə cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

 

 

Qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2011-ci ildə Bakıda erməni milliyyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama verib: “Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”.

 

 

Xatırladaq ki, hal-hazırda Azərbaycan ərazisində, işğal olunmuş ərazilərimiz istisna olmaqla, 30 mindən artıq erməni kökənli vətəndaş yaşadığı halda, Ermənistanda yaşayan azərbaycanlıların ümumi sayının 200 (bəs hanı onların adları?) olduğu göstərilir.  Erməni tərəfi 200 azərbaycanlı olduğunu demələrinə baxmayaraq aşkara çıxardıqları cəmi üç nəfərdir və ermənilər dəfələrlə onları reklam etməyə çalışırlar. Lakin bir reallıq var. Bu gün işğal altındakı Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı bilinmir. Onlar “yox” deyiləcək qədər azdırlar.

 

 

Demək birinci qadının adı Nizbət (milli kimliyi göstərlimir) Yeganyandır. Ona ermənilər Lusya xala deyir. Ərinin adı Şagendir. Şamaxıda anadan olub. 1960-cı ildə Hadrutun Tağlar kəndinə köçüb. Bir övladı İrəvanda yaşayır. Nizbət adlı bu qadın ermənilərlə birgə yaşamağı təbliğ edir. Lakin bu qadının hansı formada yaşamaq istəməsini erməni mediası yazmır. İnternetdə müsahibəsinə qulaq asanda qadının cəmi iki –üç dəfə qısa səsini eşitmək mümkündür.

 

 

İkinci Azərbaycanlı  Xocavənd rayonunun Saruşen kəndində yaşayan Gülzar Musa qızı Qriqoryandır. Kimdir bu Gülzar? Erməni mətbuatının bildirdiyinə görə 43 yaşlı Gülzar Musa qızı Qasımova Ağdərə rayonunda yaşayır. Və o, 1986-cı ildən erməni millətindən olan Slavik Qriqoryanla ailə qurub.Əri vəfat etdikdən sonar 5 yaşlı Gülzarın anası Ağdam rayonu Mərzili kəndindən Füzuli rayonunun Qacar kəndində yaşayan anasının evinə köçür. Sonra hər il üzüm tədarükündə Saruşen kolxozunda işləyir. Elə burada 17 yaşlı Gülzar 27 yaşlı Slaviklə tanış olur.

 

 

Erməni ilə ailə qurmuş Gülzar deyir ki, azərbaycan başa düşür, lakin çoxdan danışmadığı üçün doğma dilinə yadırğayıb.

 

 

Daha bir erməni gəlini olan Zina Rzayeva Araqelyandır. O, Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşadığı “xoşbəxt” günlərdə doğulub. Bir erməniyə aşiq olub. Evləniblər. Sonra müharibə başlayıb. Əri döyüşə gedib, özü isə hərbi xəstəxanada işləyib..

 

 

Və elə son günlər ermənilər bu qadınlardan Azərbaycan əleyhinə təbliğatlarında geniş şəkildə istifadə etməkdədirlər. Hətta Nizbət adlı qadınla bağlı hazırlanan videomaterial Fransa telekanallarının biri vasitəsilə yayımlanaraq Azərbaycan əleyhinə fakt kimi təqdim olunub.

 

 

Bəs 30 mindən çox erməni Azərbaycanda necə yaşayır?

 

 

10565956_606442816135872_1633328597_nOnlar bizim tam hüquqlu vətəndaşlarımızdır. Onların hüquqları bütün qanunlarla qorunur. Azərbaycanda yaxşı yerlərdə çalışırlar və övladları da təhsil alıb bir hissəsi də dövlət işlərində çalışır.

 

 

Kimliyi bəlli olmayan bu xanımı bizə azərbaycanlı kimi tanıtmağa çalışan ermənilər tolerant olmaqlarını göstərməyə cəhd edirlər. Burada belə bir sual meydana çıxır: Bəs 800 min azərbaycanlı hardadır.? Niyə ermənilər 30 min sakindən danışmır, amma bir milliyəti bəlli olmayan qadını azərbaycanlı kimi qələmə verirlər.

 

 

Bu erməni yalanını bir daha ifşa edir. Bizim soydaşlarımıza qarşı etnik diskriminasiya həyata keçirən ermənilərin bu qadını sağ qoymasının şübhəli olması elə burdan görünür. Çünki ermənilər azərbaycanlıları əsla sağ buraxmırlar.

 

 

Bu yalanlara inan beynəlaxlq təşkilatlar isə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) nəşri olan 4 dildə (Azərbaycan, ingilis, fransız, alman) çap olunan “Azərbaycanın erməni vətəndaşları:Təhlükəsizlik təmin olunur” kitabına nəzər salsalar yaxşı olar.

 

 

Əsl tolerantlıq nümunəsi Azərbaycandır. Biz hər zaman ermənilərə birgə yaşayış təklif etmişik. Lakin tarix boyu onlar bundan sui istfadə ediblər. Bütün keçmiş tarixə baxmayaraq bizim niyyətimiz yenə eynidir. İşğalçı ordu Qarabağdan çıxsın və biz ermənilərə öz vətəndaşlarımız kimi eyni hüquqları verək.

 

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“KarabakhİNFO.com” 

22.07.2014 09:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*