Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun qərargahında 16 iyul 2014-cü il tarixdə İşçi Qrupu üzvlərinin və Qiymətləndirmə üzrə dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində təbii sərvətlərin qiymətləndirilməsi ilə bağlı, həm də hesabat xarakterli növbəti müzakirə keçirilmişdir. Tədbirdə İQ-nın Geologiya üzrə mütəxəssisi Mirzəli Fətəliyevin hesabat xarakterli geniş məruzəsi dinlənildi və ətraflı keçirildi. Müzakirə iştirakçıları İQ-nın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ətraf mühit və təbii sərvətlərə dair İnformasiya-Arxiv Fondunun materialları əsasında qiymətləndirilməsi üçün məqbul olan baza sənədlərinin tam surətdə kifayət edəcəyini qənaətbəxş hesab etdilər. Beləliklə işğal altında olan ərazilərdə təbii sərvətlərimizə dəyən zərərin qiymətləndirilməsinə start verildi.
“KarabakhİNFO.com”