Azərbaycanca

İşğalçı ermənilərin yeni hədəfi: Samtsxe-Cavaxetiya

17.10.2013 | 12:36

1381998846_1111111“Gürcülər məqsədli şəkildə Samtsxe-Cavaxetiya vilayətində yaşayan ermənilərin vətəndaşlıq hüquqlarını pozur, öz ana dillərindən istifadələrinə məhdudiyyətlər qoyur, dini-mədəni fəaliyyətlərinin qarşısını alır və onları daim təzyiq altında saxlayırlar. Rəsmi Tblisi beynəlxalq ictimaiyyətin çağrışlarına məhəl qoymur və bu regionda diskriminasiya siyasəti həyata keçirir. Ona görə də, biz orada yaşayan ermənilərin taleyindən narahatıq. Əminik ki, Gürcüstanın şovinist siyasəti ermənilərə qarşı silahlı hücumların artması ilə nəticələnə bilər ”.

 

 Ermənistan parlamentinin millət vəkili Şirak Torosyan 

 

Müasir dövrün geosiyasi reallığında  Qafqazın ən böyük problemi  xarici müdaxiləçilərdən çox onların regiona köçürtdükləri ermənilərdir. Qafqazın yerli xalqı olmayan ermənilər daha çox XVIII əsrdən başlayaraq Rus-Türk, Rus-İran müharibələrindən sonra Qafqazın ayrı-ayrı bölgələrinə köçürülmüş və o zamandan bəri sözün əsl mənasında regionun baş bəlasına çevrilmişlər. Regiona yazıq, miskin qaçqınlar kimi gələn ermənilər öz himayədarlarının sayəsində bir müddət sonra Qafqazda əsas söz sahibi iddiaçısına çevrildilər.

 

Müasir erməni siyasi mühitində də prioritet məsələlərdən biri də Cavaxetiya problemidir. Ermənilər Gürcüstanın Cavaxetiya bölgəsində siyasi cəhətdən ilk öncə müxtariyyət, daha sonra isə azadlıq istəklərinə malikdirlər. Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin radikal təşkilatlarından olan «Virk» partiyası bölgənin muxtariyyəti barədə məsələni yenidən gündəmə gətirməkdədir. Bununla bağlı partiyanın bəyanatlarında qeyd olunur ki, Gürcüstanın ermənilər yaşayan Samtsxe-Cavaxetiya regionu üçün ən optimal variant, Acarıstanda olduğu kimi, siyasi müxtariyyətə malik olmaqdır. Bölgə ermənilərinin əsas məqsədi çiçəklənmə və rifaha nail olmaq, başqa xalqların guya yaxşı yaşamasına maneə törətməməkdir. Bu məqsədə nail olmaq üçün Samtsxe-Cavaxetiyaya müstəqillik və öz müqəddəratını təyin etmək lazımdır.

 

Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti quberniyasının tərkibinə 6 rayon daxildir – Adıgen, Aspindz, Borjomi, Axaltsixa, Axalkalaki və Ninosminda. Sonuncu üç rayonun əhalisi əsasən ermənilərdən ibarətdir. Eyni zamanda, bölgənin 5 rayonu (Borjomi istisna olmaqla) Türkiyə ilə, Hinosminda və Adıgen rayonları isə Ermənistanla həmsərhəddir.İşğalçı ermənilərin yeni hədəfi: Samtsxe-Cavaxetiya

 

Ermənilərin bu ərazidə muxtariyyət yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biri də Cavaxetiyanın geosiyasi və geoiqtisadi cəhətdən əlverişli ərazidə yerləşməsidir. Belə ki, Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlarından biridir, şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir. Ərazidən mühüm boru kəmərləri və dəmir yolları, təkcə region ölkələri üçün deyil, həm də Avropa və Amerika üçün çox önəmli olan Bakı-Tiblisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tiblisi-Ərzurum qaz kəmərləri keçir və Bakı-Tiblisi-Qars-Axalkalaki dəmir yolunun da bu ərazidən keçməsi çox mühüm geostrateji əhəmiyyət daşıyır.

 

Ermənistan bir neçə dəfə ittihamla çıxış edib ki, Samtsxe-Cavaxetiya regionunda yaşayan erməni əhali Gürcüstan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalır. Hər yerdə mövcud olan erməni diasporu dəfələrlə Gürcüstan hakimiyyətini ölkə ərazisində yaşayan “cəfakeş” ermənilərə münasibətdə, bütün ölüm hallarında günahlandırıb. Ermənilərin fikrincə, bu ərazilər əslində Gürcüstan ərazisi deyil.

 

Dünya ermənilərinin fikrincə, əlbəttə ki, vəziyyətin belə olacağı təqdirdə, Gürcüstan hakimiyyətinin edə biləcəyi şey Samtsxe-Cavaxetiyaya muxtariyyət vermək və bu regionda erməni dilini ikinci dövlət dili elan etməkdir.Samtsxe-Cavaxetiyanın Dağlıq Qarabağın aqibəti ilə üzləşməməsi möcüzə idi. 1985-ci ildə, dünyanın SSRİ-nin dağılacağını gözlədiyi anda dünya ermənilərinin nümayəndələri Afinada “Daşnaksütyun” partiyasının 23-cü qurultayında toplaşaraq Ermənistan sərhədlərinin bu və ya digər tərəfə genişləndirilməsi məsələsini ortaya qoydular.

 

O zaman toplaşanların cüzi üstünlüyü ilə Gürcüstan ərazilərinin deyil, Azərbaycan ərazilərinin ələ keçirilməsinə səs verdilər. Ermənilərin də məskunlaşdığı Azərbaycanın muxtariyyəti olan Dağlıq Qarabağ “əfsanəvi” “Böyük Ermənistan”ın bərpası yolunda ilk addım oldu. Bu məsələnin öz mahiyyəti olub. Belə ki, Dağlıq Qarabağ Gürcüstanın ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxetiya regionundan fərqli olaraq muxtar vilayət idi.

 

İşğalçı ermənilərin yeni hədəfi: Samtsxe-Cavaxetiyaİrəvanda Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin hüquqlarının müdafiəsi üzrə Əlaqələndirmə Şurasının yaradılmasında da məqsəd bu istiqamətdə fəaliyyəti daha da artırmaqdan ibarətdir.

 

Bu şura İrəvanda dövlət tərəfindən himayə olunan “Cavakx” cəmiyyəti, “Mitk” analitik mərkəzi, “Yerkir” birliyi, Virk partiyası və “Cavakx xalq hərəkatı” tərəfindən yaradılıb. Şura yaradılandan az sonra Ermənistanın Milli Neomühafizəkarlar Hərəkatının yaydığı son bəyanatda açıq şəkildə Gürcüstana qarşı torpaq iddiası irəli sürülüb. Bəyanatda deyilir ki, Cavaxetiya tarixi erməni torpağıdır və biz ona sahib çıxmalıyıq. Guya, tarixən həmin bölgədə ermənilər yaşayıb, lakin XVII əsrin sonlarında türklərin hücumları nəticəsində əhalinin böyük hissəsi məhv edilib və ya başqa ərazilərə köçüblər. Ermənilərin fikrincə, Cavaxetiyanın çiçəklənmə dövrü onun Rusiyaya birləşdirilməsi ilə eyni vaxta təsadüf edir. İddiaya görə, 1918-ci ildə gürcü hərbi birləşmələri, 1921-ci ilin fevralında isə türk ordusu Cavaxetiyada növbəti “kütləvi qırğınlar” törədib. Guya bu hücumlar və sonradan yaranan aclıq və xəstəliklər nəticəsində bölgədəki ermənilərin 50 faizi məhv olub. Neomühafizəkarlar məhz bu “fakt”ları əsas gətirərək, Türkiyədən sonra indi də Gürcüstana qarşı “soyqırımı” iddiaları ilə də çıxış etməyə hazırlaşırlar. Qəribədir ki, həmin iddialarda göstərilən rəqəmləri üst-üstə topladıqda belə çıxır ki, o vaxtlar təkcə Cavaxetiyada 3 milyonadək erməni yaşayıb. Qeyd edək ki, bu gün “əhalisi artan” Ermənistanda heç 3 milyon erməni yaşamır. Bu baxımdan həqiqətən həmin iddialar gülməli olsa da, İrəvanda bu məsələyə ciddi yanaşılır. Ehtimal ki, yaxın vaxtlarda Gürcüstan torpaq iddiası ilə yanaşı “soyqırımı problemi”ylə də üz-üzə qalsın. İrəvanda Ermənistan hökuməti və parlament üzvlərinin, ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının liderlərinin də iştirakıyla keçirilən tədbirdə rəsmi Tblisinin ünvanına təhdid dolu ifadələr səsləndirilib. Gürcüstan rəhbərliyi Cavaxetiyada şovinist siyasət həyata keçirməkdə günahlandırılıb.

 

Hazırda ən böyük hədəf isə Gürcüstan torpaqlarıdır. 2002-ci ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Gürcüstanda 248 min erməni yaşayır ki, bunlardan da 113 mini Samtsxe-Cavaxetiya regionundadır. Bu regionda ermənilər ümumi əhalinin 54,6%-ni təşkil edir. Regionda ermənilərin demoqrafik üstünlüyü isə müsəlmanların (məhsəti türklərinin və azərbaycanlıların) sıxışdırılması hesabına baş vermişdir. Belə ki, 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıya almaya əsasən Tiflis quberniyasının Axalçix uezdində ermənilər ümumi əhalinin 22%-ni təşkil edirdisə, 24317 nəfərlik məhsəti türkləri (35,1%) və 12370 nəfərlik azərbaycanlılar (18%) birlikdə ümumi əhalinin 53%-ni təşkil etmişdir. 2002-ci il siyahıya almasına əsasən isə Samtsxe-Cavaxetiyanın Axalçix rayonunda sayları 16 879 nəfər olan ermənilər artıq ümumi əhalinin 36,6%-ni təşkil edirdi. Sovet imperiyasının məhsəti türklərini sürgün etməsi regionda ermənilərin say üstünlüyünə səbəb olmuşdur. Reallıq budur ki, ermənilər buranı tarixi vətənləri hesab etsələr də, regiona köçürüldükləri cəmi 150-170 il ərzində azlıqdan çoxluğa çevrilə bilmişlər.

 

Burada Gürcü larisi ilə alver etmək və ya dükanlardan nə isə almaq müşkül məsələdir. Orada ya rus rublu, ya da erməni dramı işləyir. Bundan başqa, dövlət müəssisələri istisna olmaqla, heç bir yerdə gürcü dilində plakatlara və ya reklamlara rast gəlmək mümkün deyil. Əsasən erməni dilində yazılmış həmin plakat və reklamlardan açıq görünür ki, ermənilər Cavaxetiyanı de-fakto Gürcüstandan ayırıblar.Digər maraqlı fakt da ondan ibarətdir ki, Cavaxetiyada fəaliyyət göstərən QHT-lər də Gürcüstandan ayrılmağın təbliğatını aparmaqdadır. Erməni diasporu və Ermənistan hakimiyyətindən aldıqları qrantlar hesabına həyata keçirilən bu prosesin qarşısını almaq üçün Tiflis hökuməti müəyyən addımlar atmağa çalışır. Lakin ciddi nəticə yoxdur. Üstəlik, Moskvanın da Cavaxetiya erməniləri vasitəsilə Tiflisi zəiflətmək niyyəti vəziyyəti daha da ağırlaşdırır.

 

Bu gün Gürcüstanda gürcülərin Cavaxetiya ilə bağlı bir mövqeyi var: “Gürcüstanda 1 dil olmalıdır, bu da ana dili, dövlət dilidir. Əgər  xoşları gəlmirsə, Ermənistana köçə bilərlər”.İşğalçı ermənilərin yeni hədəfi: Samtsxe-Cavaxetiya

 

Rəsmi Tbilisi isə bunun ermənilər və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmış ssenari əsasında həyata keçirildiyini dərk edərək, Ermənistanın regionda siyasi proseslərə təsirini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi etməyə çalışır. Gürcüstan tərəfi ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir ayrıseçkiliyin edilmədiyini, onlara digər etnik azlıqlara olduğu kimi münasibət bəsləndiyini bəyan edir. Lakin ermənilərin siyasi partiya və təşkilatları Gürcüstan tərəfinin gətirdiyi arqumentlərlə razılaşmaq niyyətində deyillər. Onların fikrincə, Cavaxetiyada olan ermənilərin “hüquqlarının pozulması məsələsi” beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır və bu istiqamətdə erməni diasporu, eləcə də Ermənistan dövlətinin fəaliyyəti daha da güclənməlidir. Hətta bir sıra erməni müəllifləri və siyasi xadimləri Ermənistanı bu məsələdə həddən artıq yumşaq olmaqda ittiham edirlər. Gürcüstan hökuməti ermənilərin bu siyasi məqsədlərini önləmək üçün  bölgədə güclü yerli hakimiyyət formalaşdırmaq niyyətindədir.

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

 

17.10.2013 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*