Azərbaycanca

İşğalın ən qısa zamanda sona çatdırılmasını istəyirik

04.11.2013 | 18:08

1383573954_mg_7058Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan Millət Vəkili Harun Karacanın “KarabakhİNFO.com” elektron jurnalına müsahibəsi

-Harun bəy, Azərbaycana xoş gəldiniz. Azərbaycan haqqında nələri bilirsiniz? Öncə gəldinizmi ölkəmizə?

 

Azərbaycana bu ilk səfərimdir. Bundan əvvəl Özbəkistana səfərim olmuşdu. Amma ölkəyə əvvəl gələn dostlarımdan aldığım məlumatlar və səfərdə gördüklərim onu göstərir ki, Azərbaycan inkişaf edir. Azərbaycan Türkiyənin qardaş ölkəsidir.  Ona görə ölkənin belə sürətlə inkişafı bizi sevindirir. Özəlliklə də əhalinin artması, xalqın zənginləşməsi bizi çox sevindirir.

 

-Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumu sizi qane edirmi? Gələcəkdə hansı işlərin görülməsi lazımdır?

 

Azərbaycan-Türkiyə əlaqləri bu gün çox yaxşıdır. Münasibətlərimiz hər sahədə durmadan inkişaf edir. Çünki biz qardaş ölkəyik. Türkiyədən biz Azərbaycana öz dövlətimiz kimi baxırıq. İnanıram ki, Azərbaycandan belə görünür. Bu günə qədər münasibətlərimzdə hər hansı bir sıxıntı olmadı. İnşallah bundan sonra da olmaz. İstəklərimiz əlbəttə ki, çoxdur. Qarşılıqlı ticarət əlaqələrinin daha da artmasını istəyirik. Biz eyni dili paylaşırıq. Bir-birimizi çox rahat başa düşə bilirik. Yəni iki dövlət, bir millətik.

 

-Bilirsiniz ki, Azərbaycanın 20% torpaqları işğal olunub. 1 milyondan artıq qaçqınımız var. Türkiyənin Millət Vəkili olaraq bu işğalın sona çatdırılmasını yolunun nədə görürsünüz?

 

İşğalın ən qısa zamanda sona çatdırılmasını istəyirikTəbii ki, bu işğalın ən qısa zamanda sona çatdırılmasını istəyirik. Azərbaycanı narahat edən problemlər bizi də narahat etməkdədir. Onun dərdi bizim dərdimizdir. Biz Türkiyə dövləti olaraq hər zaman bu məslədə Azərbaycanın yanındayıq. İstər Baş nazir səviyyəsində, istər prezident səviyyəsində dəfələrlə çıxışlarda bu məsələ vurğulanıb. Bu gün görüşlər davam edir. İnanıram ki, müsbət nəticə alınacaq və Azərbaycanın işğal olunmuş torpaqları geri qayıdacaq.

 

-Bilirsiniz ki, qarşıda 2015-ci il gəlir. Ermənilərin uydurduğu “soyqırım” iddialarının 100 illiyidir. Geniş kompaniyaya artıq start verilib. Sizcə hər hansı bir nəticə əldə edə biləcəklərmi?

 

Hər hansı bir nəticə əldə edəklərini düşünmürəm. Erməni lobbisi beynəlxalq aləmdə bu kimi fəaliyyətləri hər zaman aparıb. Bu günə qədər nə qədər çalışsalar belə istədikləri nəticəni əldə edə bilməyiblər. Bu günə qədər bacarmayıblarsa, bundan sonra da bacarmayacaqlar.

 

-Türkiyənin onların fəaliyyətinə cavab olaraq hər hansı bir fəaliyyəti, çalışması varmı?

 

Bu siyasi bir qərardan daha çox tarixi bir qərardır. Bu gün tarixi mənbələr qalmaqdadır. Tərəfsiz tarixçilər gəlsin və araşdırsın. Biz buna qarşı deyilik. Çünki özümüzdən çox əminik.

 

Harun bəy müsahibimiz olduğunuz üçün sizə təşəkkürümüzü bildiririk.

 

Mən də təşəkkür edirəm. Azərbaycanla artan dostluğumuzun daha da inkişaf etməsini arzu edirəm.

 

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

04.11.2013 18:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*