Azərbaycanca

İspaniya təşkilatı Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyib

16.10.2014 | 18:18

dagliq-qarabagİspaniyanın Avropa Mədəniyyəti Tanıtım Assosiasiyası (AMTA) Azərbaycanın Dağlıq Qarabağ probleminə dair mövqeyini dəstəkləyən bəyanat qəbul edib.

 
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, AMTA-nın İdarə Heyətinin iclasında sədr Cozep Manuel Munoz Lopez təşkilatın üzvləri qarşısında Dağlıq Qarabağ problemini qaldırıb. İclasın yekunları üzrə təşkilat Azərbaycanın mövqeyini rəsmi şəkildə dəstəkləyib. Belə ki, AMTA-nın adından rəsmi bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ regionu 20 ildən artıqdır Ermənistan silahlı qüvvələrinin işğalı altında qalır, həmin ərazidə tarixi və mədəni obyektlər dağıdılır, etnik təmizləmə siyasəti həyata keçirilib, beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Haaqa Konvensiyası icra olunmur.

 
Qeyd edək ki, Kataloniya və bütün İspaniyada tanınmış Avropa Mədəniyyəti Tanıtım Assosiasiyasının mənzil-qərargahı Barselonada yerləşir. AMTA fəaliyyəti Avropada mədəni tədbirlərin həyata keçirilməsinə, mədəni irsin, tarixi abidələrin mühafizəsinə yönələn qeyri-kommersiya təşkilatıdır. Xüsusilə təşkilat Avropa Birliyi və Avropa Şurası ilə gənclər proqramları həyata keçirir.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

16.10.2014 18:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*