Azərbaycanca

“İsraildə erməni diasporu azlıq təşkil edir”

19.09.2014 | 15:11

1902773_402421093226965_1050158191_n“İsraildə erməni diasporu azlıq təşkil edir”. Bu fikri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında “Vaad `Hatzolas Nidchei Yisroel” USA-Azerbaijan Beynəlxalq Humanitar Təşkilatının sədri və AZİZ-in İdarə Heyətinin üzvü Rav Şmuel Simantov bildirib.

 
O, yəhudi icmasının hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanında olduğunu deyib: “Yəhudilərin Purin bayramı var. Purin bayramı yəhudiləri məhv etmək istəyən Amana qarşı müharibədə qələbə şərəfinə keçirilir. Tarixçilərin fikrincə, ermənilər elə həmin Amanın nəslindəndir. Bir neçə il bundan qabaq ermənilər qondarma “soyqırımı” ilə bağlı Knessetdə qanun qəbul etdirmək istəyirdilər. Həmin zaman mən özüm 500 nəfər adam toplayıb etiraz təşkil etdik. Bundan başqa AZİZ-in o zamanki sədri İosif Şaqal Knessetdə kəskin şəkildə etirazını bildirdi. Orda bir neçə deputat da öz etiraz səsini qaldırdı. Bundan sonra həmin sənədi nəinki səsverməyə, heç müzakirəyə də çıxartmadılar”.

 
Ş.Simantov Knessetdə Xocalı soyqırımının tanınması üçün atılan addımlardan da danışıb: “Bu məsələ AZİZ tərəfindən İsrail parlamentində gündəmə gətirilib. Dəfələrlə Təl-Əviv şəhərində Xocalı soyqırımı ilə bağlı sərgi və iclaslar olub. Bu tədbirlərdə yüksək səlahiyyətli İsrail rəsmiləri də iştirak ediblər. Onlar özlərinin münasibətini bildiriblər. Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Fikrimcə, bu məsələ tezliklə öz müsbət həllini tapacaq”.

 

“KarabakhİNFO.com”

 

 

19.09.2014 15:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*