Azərbaycanca

“İstərdim ki, bütün saytlarda Qarabağa aid xüsusi bölmə olsun”

21.07.2014 | 11:48

10563497_606014842845336_658864937_nYazıçı-jurnalist Yusif Məhəmmədoğlu-Osmanlının həmmüəllifi olduğu “Torpaq qan ağlayır” kitabı işıq üzü görüb. Müəllif bununla bağlı olaraq fikirlərini “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirib.

Yusif müəllim, əvvəlcə kitabınızın işıq üzü görməsi münasibəti ilə təbrik edirik. Necə qərara gəldiniz ki, belə bir kitab çap etdirəsiniz?

 

 

Bir neçə il idi ki, Qarabağ həqiqətləri, erməni vəhşiliyi ilə bağlı həqiqətləri kitab şəklində qələmə almaq fikrim vardı. Ötən ilin əvvəllərindən başlayaraq Xocalı faciəsi ilə bağlı materiallar toplamağa başladım. Həmin materiallar sırasına mətbuatda çap olunmuş materiallarımı da daxil etdim və bunu kitab halına çevirmək fikrinə düşdüm. Mənim qələm dostum olan Elxan Yaqubovla məsləhətləşdim. Bu istiqamətdə işlər görməyə başladıq. Bilirsiniz ki, bir kitabı ərsəyə gətirmək üçün bir qədər maddiyat tələb olunur. Elxan müəllim də sağ olsun ki, bütün maddi xərcləri öz üzərinə götürdü. İllərdir ürəyimdə gəzdirdiyim bu arzumu reallaşdıra bildim.

 

 

 

10568698_606014839512003_1717742644_n–         Çağdaş mətbuatımızda Qarabağla bağlı informasiya mübarizəsi sizi qane edirmi?

 

–         Əgər qane etmir desəm bu, haqsızlıq olar. Həmkarlarımın əziyyətini yerə vurmuş olaram. Çünki əlinə qələm alıb yazını yazırsa həmin adama ən azından təşəkkür etmək lazımdır. Tam qane edir desəm də yalnış fikir söyləmiş olaram. Artıq çap mediasından onlayn mediaya keçmişik. Saytların sayı günü-gündən artır. İstərdim ki, bütün saytlarda Qarabağla bağlı xüsusi bir bölmə olsun. Təkcə XX əsrin sonlarından başlayan Qarabağ hadisələrini deyil, zaman-zaman Azərbaycana qarşı həyata keçirilən çirkin əməllər orada təsbit edilmiş olsun.

 

 

 

–         Kitabınız Xocalı faciəsinə həsr olunub. Nə qədər ağırdır bu barədə yazmaq?

 

Gördüyünüz bu kitabı işləyərəkən Xocalı sakinləri ilə müxtəlif görüşlər keçirdim. Orada tamamilə məhv olmuş ailələr var. Hətta məhv olmuş nəsil belə var. Bunun birmənalı adı terrordur. Bütün bunları danışmaq çox çətindir, insan danışdıqca daha çox əzab çəkir. Bu mövzu hər zaman aktual olmalı və işıqlandırılmalıdır. Hər zaman diqqət mərkəzində olmalıdır.

 

 

“KarabakhİNFO.com”

21.07.2014 11:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*