Azərbaycanca

İstanbulda Xocalı soyqırımı haqqında kitabın və filmin təqdimatı olub

24.02.2015 | 13:48

14247698084787048737_750x500

 

İstanbulda Xocalı soyqırımı haqqında kitabın və filmin təqdimatı olub

 

 

 

 

 

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbulda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar “Sonsuz dəhliz” sənədli filminin türk dilinə subtitr tərcümədə nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının türkcə hazırlanmış versiyasının təqdimat mərasimi keçirilib.

 

 

 

 

14247698081865647679_750x500Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Zorlu” Mərkəzində təşkil olunan mərasimdə millət vəkilləri, elm və mədəniyyət xadimləri, İstanbulda təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

14247698086334817141_750x500Mərasimin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Xocalı soyqırımının səbəb və nəticələrindən, “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəllifi İan Peart qələmə aldıqları əsərin mahiyyətindən və onun başqa dillərə tərcümə olunmasının əhəmiyyətindən, erməni silahlıları tərəfindən Xocalıda əsir götürülmüş Valeh Hüseynov əsirlik həyatının məşəqqətlərindən danışıb.

 

 

 

 

Sonra “Zorlu” Mərkəzinin kinozalında filmin nümayişi keçirilib.

 

 

 

 

 

 

 

1424769808404818886_750x500

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba yazdığı ön sözdə qeyd edir: “Mən hər dəfə ifadə etdiyim bir fikri inamla təkrar edirəm. Əminəm ki, qısa bir zamanda dünyanın əksər dövlətləri bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar öz ata-baba yurdlarına qayıdacaqlar”.

 

 

 
“Sonsuz dəhliz” sənədli filmi fevralın 24-də, 25-də və 26-da İstanbulun böyük mərkəzlərindəki kinozallarda hər gün üç seansda olmaqla pulsuz göstəriləcək.

 

 

 

 

 

 

 

AzərTAc

 

 

 

 

24.02.2015 13:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*