Azərbaycanca

İtaliyalı: “Özümü Azərbaycanda əla hiss edirəm”

09.01.2015 | 16:45

rosso3Lokomotiv Bakı Voleybol klubunun oyunçusu Gazzetta.it-ə yazır. Azərbaycanda oynamağı seçdiyim üçün heç də peşman deyiləm. Mənə Azərbaycanı dünyanın inkişafından kənarda qalan bir ölkə kimi təsvir etmişdilər, deyilənlərin əksinə olaraq burada hər şey var. Uşaqlıq duyğuluramı yenidən kəşf etdim… Və onu da qeyd edim ki, portfelimi itirəndə qapıma qədər gətirib təhvil verdilər.

 

 

 

 

 

Konkret coğrafi mövqeyə və ada malik olan Azərbaycan tanıdığım əksər insanlara görə ALLAHın unutduğu bir ölkədir. Sentyabrın 1-i 2014-cü il Bakıya ayaq basdığım an ilk baxışda bu şəhərə vuruldum. Çoxlar , burada əyləndiyimi, keyfimin yerində olduğunu, bu torpaqdan necə enerji aldığımı və insanlarının şən əhval rühiyyəsinin mənə necə zövq verdiyini deyəndə düşünürlər ki, zarafat edirəm. Sadəcə, tanımaq üçün bir addım atmaq lazımdır.

 

 

Mən nənə babalarımın üzüm bağı və bostanında böyümüşəm. Torpağı, meyvələri, təsərrüfatçıları, küncdə oturub nar təmizləyən, kartof soyan qoca qadınları sevirəm. Bütün bunlar mənə uşaqlığımı xatırladır. Uşaqlıqdan öyrəndiyim bir şey var; insanın ən böyük bacarığı onu əhatə edən mühitə uyğunlaşmağı və oranın bir parçasına çevrilməsidir. Bu həyat dərsi, xüsusən də çimərlikdə oynadığım illərdə mənə lazım oldu. Bir sıra turist axınının çox olmadığı yerləri görmək, tanımaq imkanım oldu, Hindistan, Çin, Şərqi Avropa kimi.

 

 

rosso2
Valeria Rosso evinin altında bazarlıq edərkən

 

 

Buranın tərəvəzi, meyvəsi və paxlalılarının dadı, ətri ətə olan sevgimi unutdurdu. Bakıda hər cür restoranlara rast gəlmək olar. Suşi belə, inanılmaz dadlıdır. Əgər İtalyan yeməyi üçün darıxıramsa, kalabriyalı Elyonun idarə etdiyi restorana gedirəm. Yeməkləri əladır. Yaşadığım mənzildən 5 dəqiqəlik məsafədə yerləşir. Bu uzaq diyara gəlməmişdən qabaq şəhərə bələd olan insanlardan buranın qida şərtləri ilə maraqlanırdım. Aldığım cavablar heç də ürək açıcı deyildi. Mənə çiy tərəvəz yeməməyi məsləhət görürdülər. Mənsə əksinə, Bakıda meyvə-tərəvəzi evimin altında təxminən 50 yaşı olan adamdan alıram. Hər axşam saat 10-dan sonra bazarlığımı edirəm. Çünki məhz o vaxtda meyvələrlə dolu maşınlar kənddən gəlirlər.

 

 
Mənə azərbaycan qida məhsullarının adlarını öyrətməyə çalışan babalarla söhbət etmək hədsiz dərəcədə çox xoşdur. Binanın ətrafındakı çox da möhtəşəm olmayan sahələrin (Tam səmimi deyim ki, İtaliyanın sökülmüş məhəllələrindən cuzi fərqlənir) ardından daha müasir böyük və bütün gecəni fərqli rənglərlə işıqlanan binalar gəlir. 25 dəqiqəyə piyada milli park kimi elan olunan dəniz kənarı Bulvarda oluram. Heyratamizdir. Dünyanın ən adlı-sanlı otelləri bu tərəfdədir. Bu parkda dünyanın müxtəlif ağacları və gülləri əkilir, müasir ticarət mərkəzləri və restoranlardan sonra azəri üslubunda olan məkanlar( ən yaxşı qara çayın verildiyi yerlərdir )görünür. Yolu keçirsiniz, qarşınızda Qız Qalası, artıq İçəri Şəhərə çatmısınız. Möhtəşəm qala divarları ilə əhatə olunan, füsunkar mənzərəyə sahib olan bu qədim şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Restoranlara və gecə klublara gəlincə( yemək ən sevdiyim mövzudur, bilmirəm anladız, ya yox) sadəcə seçim etmek problemdir, lakin məkanın dekorasiyası və təkliflər əla səviyyədədir.

 

 

 

Mədəni fəaliyyət heç də bu şəhərdən yan keçmir. Burda olduğum zamanda Operaya getdim, Filarmoniyada keçirilən konsertdə, müasir Heyder Əliyev Mərkəzində Red Bull Il Flying Back tədbirində oldum. Proqramımda gediləsi o qədər yerlər qalıb ki. Məsələn Muğam Teatrında təşkil olunacaq ənənəvi musiqi konserti. O ki, qaldı voleybola, yoldaşlarımdan çox razıyam. Komanda çox güclüdür, dostlarım isə peşəkardır. Klub bizdən heç nəyi əsirgəmir. Hələlik listdə ikinci yerdəyik, lakin Top Teams Kupasına az qalıb. Bütün qalibiyyətlər bizimdir, 3-2 məğlubiyyətini nəzərə almasaq. Kim məndən Azərbaycanda vəziyyətimin qaydasında olub-olmadığını soruşanda cavabımda deyirəm ki, burda özümü əla hiss edirəm. Onları əmin etmək istəyirəm ki, mən burada Rusiyayla sərhəddə müharibə zolağında deyiləm. Şəhər gözəl olmaqla qalmır, eyni zamanda çox rahatdır. Hər tərəfdə kameralar var. kriminal bir hadisənin baş verməsi qeyri-mümkündür.

 

rosso

 

 

 

 

 

 

 

Valeria  Rosso  Bakıda

 

 

Bakı dünyada ən təhlükəsiz şəhərləri arasında yer tutur. Günün istənilən saatında istənilən yerə rahatlıqla gedə bilərsiz və həmçinin gecə vaxtı da heç bir hücuma və soyğuna məruz qalmadan. Bununla bitmir, əgər mənim başıma gəldiyi kimi portfelinizi itirsəz, əmin olun ki, bir azərbaycanlı qəzetdə polisin elanını oxuyan kimi, onu tapıb qapınızı döyəcək və təhvil verəcək. 22 illik voleybol təcrübəmdən sonra Milad tətilinə çıxdım. Məkan olaraq Azərbaycanında Qafqaz dağlarını seçdim. Çox məmnunam. Hər kəsə 2015-ci ildə xoşbəxtlik arzulayıram.

 

 

 

 

 
Valeria Rosso

 

“KarabakhİNFO.com”  

 

 

09.01.2015 16:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*