Azərbaycanca

İvitsa Daçiç: Cənubi Qafqaz Avropada sabitlik üçün vacibdir

01.06.2015 | 13:59

Beograd, 2.januara 2014. - Premijer Srbije Ivica Dacic porucio je danas da vanredeni parlamentarni izbori nisu prioritet, ali da to ne znaci da se plasi izbora, jer i ako ih bude, smatra da ce time biti "zapecacena sudbina opozicionih stranaka". Dacic je novinarima rekao da tema izbora nije aktuelna i ponovio da se prvi potpredsednik vlade i lider SNS Aleksandar Vucic i on slazu da izbori nisu prioritet i da to nije na dnevnom redu, a da li ce biti promenjen odnos politickih snaga to je za neku kasniju raspravu. FOTO TANJUG / ZORAN ZESTIC / nr

Cənubi Qafqaz regionu Avropada sabitlik üçün vacibdir və ümid edirəm ki, Serbiya cari səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz töhfəsini verə biləcək.

Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra keçirilən birifinqdə deyib.

Qeyd edək ki, İ.Daçiç ATƏT-in fəaliyyətdə olan sədri qismində Cənubi Qafqaz ölkələrinə səfərləri çərçivəsində Bakıda səfərdədir.

İ.Daçiçin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində münaqişə tərəflərinin üzərinə də böyük məsuliyyət düşür: “Azərbaycan tərəfinin xahişi ilə Ermənistan hökuməti ilə görüşdə azərbaycanlı iki girovun tez bir zamanda geri qaytarılması məsələsini qaldıracağam”.

O həmçinin qeyd edib ki, Serbiya özü münaqişəyə görə çox əziyyət çəkib və Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini çox yaxşı başa düşür: “Serbiyə ölkələrin ərazi bütövlüyü məsələsinə də həssaslıqla yanaşır”.

ATƏT-in fəaliyytdə olan sədri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə və siyasi iradə halında mümkündür: “Helsinki yekun aktının prinsiplərinə əməl etmək və ikili standartlardan uzaq durmaq lazımdır”.

E.Məmmədyarov isə bildirib ki, ölkələrin ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə prinsipindən daha vacibdir: “Münaqişə gec və ya tez nizamlanacaq. Müxtəlif məsələlər yaranacaq ki, onları həll etmək lazım olacaq və həmin vaxt bizim Serbiyanın təcrübəsinə ehtiyacımız olacaq”.

İ.Daçiç isə öz növbəsində qeyd edib ki, Serbiya müharibənin nəticələrinin aradan qaldırılması məsələlərində zəngin təcrübəyə malikdir: “Serbiya münaqişənin nizamlanmasında vasitəçi olmaq və gələcək məsələlərin həll edilməsi üçün hər cür səy göstərəcək”.

Trend.az

 

01.06.2015 13:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*