Azərbaycanca

Kəlbəcər girovlarının növbəti “məhkəmə prosesi” keçirilib – VİDEO

31.10.2014 | 11:30

girovlar_56404_9cd6a3a6ee_bİşğal altındakı Kəlbəcər rayonunda Qarabağ separatçıları tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Xankəndində növbəti qondarma məhkəmə prosesi keçirilib.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı Ermənistan mediasına istinadən xəbər verir ki, girovlar tək-tək “hakim” Anatoli Tadevosyanın qarşısına çıxarılaraq suallara cavab veriblər.
Xatırladaq ki, separatçı rejimin soydaşlarımıza qarşı təşkil etdiyi qondarma məhkəmə oktyabrın 27-dən başlayıb. Girovlar məhkəmədə onlara qarşı irəli sürülən “casusluq” ittihamının doğru olmadığını, işğal olunmuş Qarabağla Azərbaycan arasında sərhəd tanımadıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

31.10.2014 11:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*