Azərbaycanca

Kəlbəcərin itkisi gənclərin yaddaşına necə həkk olunub?

02.04.2014 | 18:52

1396450141_img_1316Bu gün Kəlbəcər rayonunun Ermənistan hərbi qüvvələri tərəfindən işğalından 21 il ötür. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq Kəlbəcərin işğalı ilə bağlı müxtəlif universitetlərdə təhsil alan kəlbəcərli gənclərlə müzakirə apardıq. Müzakirəni sizə təqdim edirik…

Kəlbəcərin itirilməsi sizin həyatınızda hansı çətinlikləri yaradıb?

 

Ceyhun Məmmədov: Mən əslən Kəlbəcərin Seyidlər kəndindənəm. 1993-cü il 2 aprelində Kəlbəcər işğal olunan zaman ailəmizlə birlikdə Gəncəyə köçərək orada məskunlaşdıq. Kəlbəcər deyəndə mənim gözümün önündə ana yurdum canlanır. Məncə Respublikanın digər bölgələrində doğulan uşaqlar şanslıdır. Çünki onlar öz ana yurdlarında dünyaya göz açıblar. Bizim belə bir şansımız olmayıb. Qaçqınlıq həyatı çox çətinliklər yaradıb. Belə olanda bəlli bir yaşayışın, duracağını yer olmur.  Əvvəlcə Bərdədə sonra Gəncədə tez-tez yer dəyişmək məcburiyyətnidə qalırdıq. Bu da ilk növbədə normal təhsil almamıza mane olurdu. Bütün mal-mülkümüz Kəlbəcərdə qaldığı üçün qaçqınlıq dövründə həmişə maddi sıxıntılar çəkirdik. Bu da həm mənim, həm də valideynlərimin həyatına öz mənfi təsirini göstərib. Bunu təsvir etmək çox çətindi. Ancaq o situasiyanı yaşayanlar bunu yaxşı bilir. Kəlbəcər ölmədən görməyi arzuladığım yerdir. Həyata bir sıfır geridən başlamaq həqiqətən çətindir.

 

Xəzər Rzazadə: Biz kəlbəcərlilər hər zaman əziyyəti sevən, çalışqan bir torpağın övladlarıyıq. Kəlbəcər işğal olunan zaman mən bələkdə olmuşam. Özümü dərk etməyə başlayanda Gəncədə yaşayırdıq. Torpağımızın itirilməsi bizi yurdumuzdan etdi. Normal həyat yaşamımızı sıradan çıxartdı. İnsan hər hansı bir bədən üzvünü itirəndə bu onun ümumilikdə fəaliyyətinə mane olur. Eləcə də Kəlbəcərin işğalı bizim geri qalmağımıza səbəb oldu.

Kəlbəcərin itkisi gənclərin yaddaşına necə həkk olunub?

Səbuhi Əhliyyətli: Ceyhun bəy doğru vurğuladı ki, biz bir sıfır geridən başlamışıq. Mən isə deyərdim ki, nəinki bir sıfır biz üç sıfır geridən başlamışıq. Azərbaycan yeni müstəqillik qazanmışdı. Müharibə davam edirdi. Aclıq, yoxsulluq illərində qaçqın düşmək bizim həqiqətən üç sıfır geridən başladığımızı göstərirdi. Tez-tez ev dəyişmək, qaçqınlıq həyatı psixoloji bir zərbə vururdu bizə. Bu işğal zonalarından olan uşaqlarda biraz aqressivlik olur. Bu da onların uşaqkən aldıqları psixoloji zərbə ilə əlaqədardır.

 

Elşad Ələşov: Kəlbəcər işğal olunanda mən hələ doğulmamışdım. Valideynlərimin danışığında öz vətənimi, yurdumu beynimdə canlandırıram. Kəlbəcər işğal olunanda yaxınlarımız, qohumlarımız şəhid oldu. Valideynlərimiz o acını bir an belə olsun unutmurlar. İstər-istəməz görməsən də belə o acı mənə də keçir. Torpağın itirilməsi qədər insanı yandıran bir şey təsəvvür etmirəm. Qarabağda Azərbaycanın mənəviyyətını əzdilər. Milləti təhqir etdilər.

Hal-hazırda hər biriniz tələbəsiniz. Savadlı gənclər olaraq mövcud işğalın aradan qaldırılması, Kəlbəcərə yenidən qayıtmaq üçün nələri etməyin vacib olduğunu düşünürsünüz?

 

Ceyhun Məmmədov: Düşünürəm ki, bu gün önəmli olan məsələ vətənpərvər insan modelini yaratmaq və onu təbliğ etmək lazımdır. Qalib olmaq üçün qalib düşüncəyə sahib olmaq lazımdır. Bəzi gənclər deyirlər ki, torpağı siz itirmisiniz, bu sizin probleminizdir. Amma baxdıqda dövlətin 20%-i itirilib. Hər bir azərvaycanlı bu  haqda düşünmələdir. Torpağın qaytarılması haqqında mübarizə aparmalıdır. Buna məktəbdən də deyil, bağçadan başlamaq lazımdır. Yetişən gənclik iddialı olmalıdır. Təkcə Qarabağa deyil. Çünki tariximizə baxdığımız zaman görürük ki, iitirdiyimiz tək Qarabağ deyil. Qarabağ yaxın tarix olduğu üçün çox işıqlandırılır. Biz qalib, iddialı təfəkkürə sahib bir millət olmalıyıq. Sahib olsaq o vaxt Qarabağı da, digər işğal altında olan torpaqlarımızı da geri qaytarmağı bacaracağıq.

Kəlbəcərin itkisi gənclərin yaddaşına necə həkk olunub?

Xəzər Rzazadə: Ceyhunun sözünün davamı olaraq onu demək istəyirəm ki, bu gün Azərbaycanın torpaqlarının 80%-dən çoxu işğal altındadır. Belə bir çətin vəziyyətə düşmüşük. Səbəbkarı da özümüzük. Bu işğala son verməyi və qalib olmağı Qarabağdan başlamalıyıq. Azərbaycan bu gün güclüdür. Gənclərin hərtərəfli inkişaf etməyi lazımdır. İstər ölkədaxilində, istər xaricdə məsələnin ciddi təbliğinə ehtiyac vardır. Daxildə ona görə lazımdır ki, bayaq qeyd olunduğu kimi həmin qalib insanı yaradaq, qalib təfəkkürə sahiblənək. Xaricdə ona görə təbliğ olunmalıdır ki, bizim haqq davamızı bilsinlər. Yoxsa ermənilər bunu dünyayı fərqli şəkildə çatdıra bilərlər. Lobbi savaşında onlara uduzmamalıyıq.

 

Səbuhi Əhliyyətli:Dünyaya baxdığımız zaman Azərbaycanın kiçiki bir dövlət olduğunu görürük. Kiçik olmağına rəğmən önəmli bir strateji məkanda yerləşən bir dövlətdir. Qalib gəlmək, torpaqları işğaldan azad etmək üçün gənclikdə milli nifrət hissi olmalıdır. Bəli, nifrət hissi olmalıdır. Çünki onlar bir millətin qeyrətinə toxunublar. Xocalının videolarına baxmağımız yetərlidir ki, o nifrətin səbəbləri aydın olsun. Nifrət hissi oyanmış bir millətin qarşısında nəinki Ermənistan, heç rus imperiyası da dayana bilməz.

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

02.04.2014 18:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*