Azərbaycanca

Kəlbəcərli girovlar ailələrinə məktub göndərdi

26.07.2014 | 11:20

girovlarBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı bildirir ki, bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib ki, görüş zamanı hər iki şəxsdən ailəsinə çatdırılması üçün məktub alınıb.

 

“KarabakhİNFO.com”

26.07.2014 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*