Azərbaycanca

Kaçaznuninin “soyqırım” etirafları..!

15.05.2012 | 10:20

1337345664_ermenistanin-il-bas-naziri_Ovanes Kaçaznuni, 1918-ci ildə qurulan Ermənistan hökümətinin ilk baş naziri və Daşnaksutyun Partiyasının da lideri idi. 1867 – ci ildə Axıskada doğulmuş, 1938 – ci ildə Ermənistanda ölmüşdü; ixtisasca memar idi. Ovanes Kaçaznuni, 1923-cü ildə, Buxarestdə, Paris Konfransına bir hesabat təqdim etmişdir. Bu hesabat, həmin dövrdə böyük mübahisələr yaratmış və xüsusi ilə ermənilər arasında böyük reaksiyalara səbəb olmuşdur. Daha sonralar bu hesabat, Ermənistanda qadağan edilərək yığdışırıldı. Hesabat, sonralar Moskvadakı Lenin Kitabxanasında rusca olaraq tapıldı və türkcəyə tərcümə olundu. “Qaynaq” nəşriyyatında 2006-cı ildə, “Daşnaq Partiyasının edə biləcəyi heç nə yoxdur” (1923 Partiya Konfransına Hesabat) başlığı ilə nəşr olunan kitabda yazılanlar Erməni soyqırımı iddialarını yalanlayan bir sənəd özəlliyini daşıyır…

İndi isə buyurun Ovanes Kaçaznuninin həmin hesabatından parçaları sizin diqqətinizə çatdırırıq:

 

Hərbi əməliyyatlarda iştirak etdik.

“1914 – cü ilin payızında, Türkiyənin hələ müharibəyə daxil olmadığı dövrdə, Cənubi Qafqazda böyük səs-küy içində və enerjili şəkildə erməni könüllü birlikləri yaradılmağa başlandı… və yalnız bir neçə həftə içərisində Erməni inqilabçı Daşnaksutyun Partiyası (EDDP) həm bu birliklərin yaradılmasına həm də bunların Türkiyəyə qarşı reallaşdırdıqları hərbi əməliyyatlara aktiv şəkildə qatıldı….”

 

Aldadıldıq, Rusiyaya bağlandıq.

“Biz, qeydsiz – şərtsiz Rusiyaya yönəlmiş vəziyyətdə idik. Hər hansı bir səbəb yox ikən, zəfər havasına girmişdik. Sədaqətimiz, işlərimiz və köməklərimiz qarşılığında, çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyindən əmin idik…” “Ağlımızı itirmişdik. Biz öz istəklərimizi başqalarının adına çıxaraq, məsuliyyətsiz şəxslərin boş sözlərinə böyük əhəmiyyət verərək və özümüzə etdiyimiz təlqinin təsiri ilə, gerçəkləri anlaya bilmədik və xəyallara qapıldıq.” Türklər bizi köçürməyə məcbur oldu “1915 – ci ilin yaz və payızında Türkiyə erməniləri türklər tərəfindən köçürüldü. Türklər nə etdiklərini bilirdilər və bu gün peşmanlıq duymalarını tələb edəcək bir xüsusiyyət yoxdur . Bu üsul ən qəti və ən uyğun üsul idi!”

 

Gerçəkləri görə bilmədik

“Qəzəb və qorxu içərisində olan biz, “günahkar” axtarırdıq və bütün günahları dərhal “Rus” hökumətinin və onun yeritdiyi quldur siyasətinin üstünə atdıq. Siyasi baxımdan yetkinləşməmiş və balanssız siyasət yeridən insanlara xas bir qarışıqlıq içində, bir tərəfdən digər tərəfə sovrulmaqda idik. Rus hökumətinə qarşı dünənki inancımız nə cür kor-koranə və əsassız idisə, bu günki günahlandırmalarımız da o cür kor-koranə və əsassızdır. Siyasi bir partiya (Daşnaksutyun) kimi bizlər, məsələmizin Rusları maraqlandırmadığını və onların lazım gələndə bizim cəsədlərimizin üstündən keçib gedə biləcəklərini unutmuşduq.

 

Hadisələrin səbəbi bizik.

“Talesizlikdən şikayət etmək və fəlakətlərimizin səbəblərini öz xaricimizdə axtarmaq kədərli bir vəziyyətdir. Bu bizim xəstə təfəkkürümüzün, bəsit milli psixologiyamızın xarakteristik bir xüsusiyyətidir və təəssüf ki, Daşnaqsütun partiyası da bundan qaça bilməmişdir. Sanki uzaqgörənliliyimizin olmaması bir qəhrəmanlıq idi və istəyən hər kəs, Fransızlar, İngilislər, Amerikalılar, Gürcülər, Bolşeviklər, bir sözlə bütün dünya bizi asanlıqla aldatdı, bizdən istifadə etdi və bir kənara tulladı sonra, xəyanət etdi. Halbuki biz avamcasına bu mübarizənin ermənilər üçün aparıldığına inandırılmışdıq.”

Türklərin milli mübarizəsi haqlı idi.

“1918-ci ildə imperialistlərə qarşı döyüşlərində təxribata uğrayan Türklər, istirahətə çəkilərək iki il içərisində yenidən canlandılar. Yeni gənc və vətənpərvər duyğularla hərəkət edən bir nəsil ortaya çıxmış, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başlamışdı. Türkiyədə milli şüur və özünümüdafiə instinkti oyanmışdı. Onlar Kiçik Asiyada gələcəklərini hər hansı bir formada təmin edə bilmək üçün Sevr müqaviləsinə hərbi güclə etiraz etmək məcburiyyətində idilər”

 

Türklərə qarşı qiyam qaldırdıq və döyüşdük

“Türklərə qarşı qiyam qaldırdıq. Sülhü yox etmək üçün döyüşdük belə. Artıq hamımız, Türklərin düşməni olan ixtilaf dövlətlərinin düşərgəsində idik. Türkiyədən “dənizdən dənizə Ermənistan” tələb edirdik. İxtilaf dövlətlərinin ordularını Türkiyəyə göndərmələri və hakimiyyətimizi təmin etmələri üçün Avropa və Amerikaya rəsmi çağırışlar göndərdik. Bir məqamı da unutmamalıyıq ki, var olduğumuz müddətdə fasiləsiz Türklərlə döyüşdük, öldük və öldürdük. Bundan sonra, Türklər bizə niyə inanmalıdırlar?” Sevr müqaviləsi gözümüzü örtmüşdü “Sevr, Türklərə qarşı ən əhəmiyyətli kartımız idi. İngilis silahları ilə təchiz edilmiş bir ordumuz və kifayət qədər hərbi sursatımız var idi. Sevr müqaviləsi, hamımızın gözümüzü örtmüşdü. Müharibə isə həqiqətlərdən ibarət idi. Bir həqiqət, həm də bağışlanılmaz bir həqiqət bu idi ki, biz bu müharibədən qaçmaq üçün heç nə etmədik, əksinə döyüşmək üçün bəhanələr yaratdıq. Halbuki müharibə bizim tam və qəti məğlubiyyətimizlə nəticələndi. Bizim qarnıtox, əyniqalın, yaxşı silahlanmış ordumuz silahını yerə qoyub dağılışdı.” Üsyanımızın əsasında Böyük Ermənistan var idi “Türkiyənin yeddi vilayətindən, Kilikyadakı dörd adaya, Qaradənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına kimi uzanan “Böyük Ermənistan”ın xəritələri hazırlanır və bu yerlərin bizə verilməsi tələb edilirdi. Bu imperialist xəyal necə reallaşa bilərdi axı?”

Heç bir zaman dövlət ola bilmədik

“Gəlin, ədalətlə danışaq; “idarə etmək” sözünü “uzaqgörənlik” kimi qəbul etsək, biz qətiyyən uzaqgörənlik qabiliyyəti olmayan, işə yaramaz daşnaq idarəçiləri idik. Başlıca zəifliyimiz bundan qaynaqlanırdı. Bundan başqa, fəaliyyətlərimizin məqsədini müəyyən etməmiş və dəqiq şəkildə anlamamışdıq; rəhbər kimi qəbul edəcəyimiz bir qanunumuz və davamlı tətbiq oluna bilən tutarlı bir strategiyamız yox idi. Sanki istəmədən, təsadüfi şərtlərin diktəsi ilə tərəddüdlə hərəkət edir, başımızı divara çarpır və ayaqlarımızın altındakı torpağı kor kimi durmadan yoxlayırdıq. İmkanlarımızın sərhədlərini bilmir və çox vaxt bunları şişirdirdik. Maneələrin önəmini anlamır, əleyhimizə olan qüvvələrə nifrət edirdik. Dövlət ilə partiyanı bir – birindən ayıra bilmir və çox vaxt partiya ideologiyasını dövlət işlərinə qarışdırırdıq. Biz dövlət adamı deyildik”

 

Türkiyə Ermənistanı adlı bir yer yoxdur

“İndi nəyimiz var? Aras ilə Sevan arasında kiçik ərazidə yerləşən sözdə müstəqil, reallıqda isə canlanmaqda olan Rusiya İmperatorluğunun muxtar bir vilayəti statusundayıq. Gəlin bir şeyi anlayaq, Türkiyə Ermənistanı adlı bir yer yoxdur, bu mövzu Lozanna müqaviləsində dəfn olunub. Böyük Avropa dövlətləri bizi dəfn ediblər.”

 

Terrora yönəldik

“İnsanlara qarşı sui-qəsdlər planlayaraq və reallaşdıraraq, bir zamanlar Ulduz köşkündə etdiyimiz kimi terrorlar həyata keçirə, bu dəfə başqalarını bombalaya bilərik. Amma nə üçün? Biz Türkiyədə səs-küy yaradanda elə bildik ki, böyük dövlətlərin diqqətini Erməni məsələsinə çəkəcək və onları bizim lehimizə vasitəçi olmağa məcbur edəcəyik. İndi isə belə bir vasitəçiliyin qiymətinin nə qədər olduğunu artıq bilirik.”

 

Keçmişin qalığı olan Daşnaq partiyası, artıq sona çatmalıdır

“Partiya artıq məğlub olmuş və nüfuzunu itirmişdir. Ölkədən qovulmuşuq və geri qayıda bilmərik. Koloniyaların görə biləcəyi heç bir iş yoxdur. Bir partiya, “Madam yaşayıram elə isə özümə necə olursa olsun bir iş uydurmalıyam” – deyə bilməz.
“Madam yaşayıram”, “elə isə” tərzində bir yanaşma məntiqi olaraq səhvdir. Cümləni əks istiqamətdə qurmalıyıq. “Madam ki görüləcək bir işimiz qalmayıb, yaşamalı deyilik!” Bəli mən intihar təklif edirəm! Daşnaq Partiyası keçmişin bir qalığıdır, gərəksiz bir orqandır və bədənin bu orqana artıq ehtiyacı qalmamışdır, indilərdə o, bir koloniya (diaspor) partiyasıdır.”

 

Daşnaq partiyası, sülhün qarşısında maneədir

“Təkcə bir məsələdə israr edirəm. Bir gün Türklərlə razılaşmaq ehtiyacı yaransa; səhnəyə başqa bir anlayışa, başqa bir psixologiyaya sahib, ən önəmlisi isə başqa bir keçmişi olan ya da olmayan insanların çıxması vacibdir. Və bu nöqtədə Daşnaqsütun məsələyə kömək etməyəcək, əksinə mane olacaq”. Göründüyü kimi, 1915-1923 – cü illərin tənqidi bir xülasəsi olan bu hesabat, əslində sanki bir “etirafnamə” formasında hazırlanıb.
Ermənistanın və Erməni diasporunun qəbul etdirməyə çalışdığı sözdə “Erməni soyqırımı” şoularının nə qədər əsassız olduğu, bu sənədlə ən səlahiyyətli Erməni liderinin ağızından ifadə edilməkdədir. Tarixi reallıqlara göz yuman Erməni Diasporu üçün, Türkiyəyə duyulan kinin güclənməsi əsas faktordur. Onlar üçün məqsəd, hansı yolla olursa olsun, bir şəkildə Türkiyəyə duyulan kini artırmaqdır. Əgər bu kin durmadan artırılmağa çalışılmasa, o zaman erməni diasporu arasında fikir ayrılıqları başlayacaq. Onlar da bunun fərqindədirlər və məqsədləri istiqamətində işlərini davam etdirirlər. Bu məqsəd çərçivəsində, erməni diasporunun Türkiyədən təzminat və torpaq tələb etmələrinin ilk mərhələsi olan sözdə Erməni Soyqırımını az qala bütün Qərbli dövlətlər qəbul edib və hətta bunun inkarını cinayət sayan qanunlar belə qəbul etməyə hazırlaşırlar. Bir neçə il əvvəl başlanan, səhv olduğu qədər zərərverici nəticələr də yaradan “Ermənilərdən Üzr istəmə Kampaniyası” da ermənilərinin məqsədlərinə xidmət edən bir işdir.
Amerika Erməni Asamblesi İcra Direktoru Bryan Ardounyun “Türkiyədə geri dönülməz bir meyl başladı. Bu üzr, bu istiqamətdə bir ilk addımdır və Türkiyənin qaçınılmaz olaraq soyqırım keçmişiylə üzləşməsi nəticəsini ortaya çıxaracaq” deyə açıqlama verməsi, bunun bariz sübutudur.

Hazırladı: Oktay Hacımusalı

 

15.05.2012 10:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*