Azərbaycanca

Kaliforniyanın Berbank şəhəri Hadrutla qardaşlaşmış şəhər olmaq istəyir

14.11.2014 | 15:40

california

Ermənistan mətbuatı yazır ki, Amerikanın Kaliforniya ştatının Berbank şəhəri Dağlıq Qarabağın Hadrut şəhəri ilə dostluq və qardaşlıq əlaqələrinin qurulmasına dair bəyannamə qəbul edib. Bəyannamədə göstərilib ki, “müstəqil” Qarabağın “mərd” və “yenilməz” bir şəhəri olan Hadrut Berbank şəhər şurasının dostu ola bilər.

ATƏT-in hazırda fəaliyyətdə olan həmsədri kimi Amerika Birləşmiş Ştatlarının dəfələrlə Azərbaycanla bağlı ərazi bütövlüyünə dair bəyantlarından sonra bu cür addımların atılması ikili standartlara söykənir. ABŞ-ın ölkəmizdə keçmiş səfiri olan Metyu Brayza və hazrıkı səfir də bəyan ediblər ki, “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz Helsinki yekun sənədinin əsas hissəsi kimi dövlətlərin ərazi bütövlüyünü tanıyırıq.” Bu bəyanatlarla görülən işlər üst-üstə düşmür. Qeyd edək ki, Hadrut Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində qəsəbədir və Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib.

“KarabakhİNFO.com”

14.11.2014 15:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*