Azərbaycanca

Kanadada Xocalı abidəsinin açılışı olub

18.09.2014 | 11:13

kanada xocali 654dsSentyabrın 14-də Kanadanın Kalqari şəhərində “Confederation” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın açılışı keçirilmişdir.
Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilib.
Tədbir Səfirliyin dəstəyi ilə Kalqari şəhərində yaşayan həmyerlilərimizin qurduğu “Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti” tərəfindən təşkil edilib. Açılış mərasimində çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Xocalı soyqırımı haqqında danışmış, bu ağacın Kanadada Xocalı qurbanlarının xatirəsini yad edən ikinci belə abidə (ilk abidə Toronto şəhərindədir) olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi xarakterizə edib.

 
Eyni zamanda abidənin ərsəyə gətirilməsinə görə Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinə dərin minnətdarlıq ifadə edilmişdir. R.Hüseynli tədbir iştirakçılarını “Xocalıya ədalət” kampaniyası və bu kampaniya çərçivəsində görülmüş işlər barədə də məlumatlandırıb.

 
O, həmçinin Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb.

 
Daha sonra Kalqari şəhərinin digər bir parkı “Edworthy”də Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş oturacağın açılışı keçirilib.

 
Oturacağın üzərindəki memorial lövhədə “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri həkk edilib.

 

“KarabakhİNFO.com”

 

 

18.09.2014 11:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*