Azərbaycanca

KarabakhİNFO.com-un erməni köşə yazarı Etyen Mahçupyanla eksklüziv müsahibəsi

06.03.2013 | 19:21

1362583046_etyen44“ASALA və PKK-nın zorakılıq fəaliyyətini keçmişdə də təsdiq etmədim, indi də təsdiq etmirəm.”

    Müsahibimiz Türkiyə vətəndaşı olan erməni əsilli köşə yazarı, burada tanınmış ziyalılardan olan Etyen Mahçupyandır.  O, köşə yazarlığına “Radikal” qəzetində başlayıb, 2001-ci ildən etibarən fəaliyyətini “Zaman” qəzetində davam etdirib. 2007-ci ildə Hrank Dinkin qətlə yetirilməsindən sonra 2010-cu ilədək “Aqos” qəzetinin baş redaktoru olub. Hazırda yenə də “Zaman” qəzetində köşə yazarı kimi fəaliyyətini davam etdirir.

  –    Bu gün Türkiyədə erməni diasporunun fəaliyyəti yetərincə güclüdürmü?

 

–   Erməni diasporu Türkiyədə demək olar ki,  fəaliyyət  göstərmir,  çünki diaspor ilə Türkiyədəki ermənilərin arasındakı  əlaqələr kifayət qədər  zəifdir. Erməni diasporuna erməni milliyyətçiliyinin hakim olduğu görünür. Bu vəziyyət son illərdə bir qədər dəyişdi və Türkiyəyə daha az duyğusal yanaşılmağa başlanıldı. Ama yenə də Türkiyədəki ermənilərlə siyasi sahədə bir yaxınlıq yoxdur.

 

  –   Dağlıq Qarabağ münaqişəsi sülhlə bitərsə, azerbaycanlılarla ermənilər yenidən bir arada yaşaya bilərlərmi?

 

–   Azərbaycanlılar və ermənilər bir – birlərinə ən çox bənzəyən xalqlardır. Məsələn, gündəlik mədəniyyət ve zehniyyət  baxımından ermənistanlı ermənilər Türkiyədəki ermənilərdən daha çok azərilərə bənzəyirlər. Qarabağda sülhün bərqərar olması bu iki xalqı yaxınlaşdıracaq, amma daha əhəmiyyətlisi odur ki,  hər iki ölkə də demokratiya möhkəm olsun. Əsas sülhün əldə olunması ancaq o zaman mümkün ola bilər.

 

  –    ASALA, PKK  terror təşkilatlarına  münasibətiniz  necədir?

 

–   Hər iki qrupun da milliyyətçiliyini və zorakılıq fəaliyyətini keçmişdə də təsdiq etmədim, indi də təsdiq etmirəm. Cinayət törətməklə hər hansı bir haqqın əldə edilə biləcəyinə inanmıram. Bu cür mübarizə yolu ilə əldə oluna biləcək güzəştlərin ədalət gətirməyəcəyini və insanların vicdanında qanuni olmayacağını düşünürəm.

 

  –   Türkiyə – Ermənistan sərhədləri açılmalıdırmı?

 

–   Dünya artıq millət-dövlətlərin öz önəmlərini itirdiyi, bölgələrin daha çox önəm qazandığı bir dünyaya çevrilib. Buna görə ortaq coğrafiyalarda sərhədlər hər iki tərəfə də zərər verir və xalqlar arasındakı gerçək əlaqələrin qurulmasına əngəl olur. Ayrıca əgər bir sərhəddi bağlasanız, hər iki tərəfdəki insanları birlikdə cəzalandırmış olursunuz və bunun çox ağıllı bir davranış olduğunu söyləmək mümkün deyil.

 

  –    Rusiya-Ermənistan yaxınlaşması Türkiyəyə necə təsir edir?

 

–   Türkiyə  Ermənistandan daha çox əhəmiyyətli və təsirə malik bir ölkədir. Türkiyənin Rusiya ile əlaqəsi yüksələn xətlə sürətlə inkişaf edir və buna  Ermənistan-Rusiya əlaqələrinin təsir etməsindən söhbət belə gedə bilməz. Ermənistan-Rusiya əlaqələri bugün əsas olaraq  Qafqazdakı  tarazlığa təsir göstərir.

 

  –   Markar Melkonyanın “Mənim Qardaşımın Yolu” kitabı haqqında nə düşünürsünüz?

 

–    Bu kitabı oxumamışam.

 

  –    Azərbaycan dövlətinin gələcəyini necə görürsünüz?

 

–    Azərbaycanda da digər qonşularındakı kimi  demokratiya quruculuğunda çox iş görülməlidir. Bunu isə  bir anda həyata keçirmək mümkün deyil, amma qarşıdakı on il içində Qafqazdakı digər ölkələrə paralel olaraq Azərbaycanda da demokratik quruculuğun davam edəcəyini gözləyir və buna ümid edirəm.

 

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

KarabakhİNFO.com

06.03.2013 19:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*