Karabakhinfo.com e-jurnalı Facebook-dakı rəsmi səhifəsində (https://www.facebook.com/infokarabakh) Zəngilanla bağlı oxucular arasında interaktiv sorğu keçirib. Sorğuda “Zəngilan hansı tarixdə işğal olunub?” sualı qoyulub. Oxuculara aşağıdakı 4 cavab variantı təqdim olunub:
a) 29.10.1993
b) 23.08.1994
c) 28.10.1992
d) Bilmirəm
Təqdirəlayiq hal kimi sorğuda iştirak edən oxucuların böyük əksəriyyəti qoyulan suala doğru cavab vermiş, iştirakçılardan yalnız bir nəfəri suala “bilmirəm” cavabını verib. Sualın doğru cavabı isə ilk variantdır, yəni Zəngilan rayonu 29 Oktyabr 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Söhrab İsmayılov