Azərbaycanca

Kimdir Kim?

22.01.2013 | 16:12

1358856732_kim_kardashian_hair_weave1296568299Məşhur pornoulduz, yoxsa erməni lobbisinin ümidinə qaldığı birimi?

Özlərini dünyada tanıtmaq və sübut etmək üçün heç bir mədəniyyətə və dəyərə sahib olmayan ermənilər bütün dövrlərdə Azərbaycana və digər xalqlara məxsus mahnıları, rəsm əsərlərini, sənət növlərini  öz adlarına çıxmaqla tanınmağa çalışıblar. Son dövrlərdə isə onlar çirkin oyunlarında köməklərinə çatacaq bir fiqur kəşf ediblər – Kim Kardaşyan. Bu onların özüdür ki var, nə oğurluq, nə də plagiatdır. Hətta ciddi sayılmasa belə, ermənilər özləri üçün əhəmiyyətli olan məsələlərdə onun məşhurluğundan geninə-boluna istifadə edirlər.

Əvvəlcə ermənilərin ulduz adlandırsa da, nə özü, nə də sənəti ciddi qəbul olunmayan Kim Kardaşyanın kimliyi barədə məlumat verək. Realiti-şouları və seks görüntüsü ilə tanınan 32 yaşlı Kim Kardaşyanın adını Britaniyada və Amerikada tez-tez eşitmək olar. Çox adam var kı, onun həyatınında hər nə baş versə, diqqətlə izləyirlər. Ondan da çox adam isə onun həyatında nə baş verdiyini laqeydliklə və ya açıq düşmənçiliklə qarşılayır, ona zəmanənin acınacaqlı əlaməti kimi baxır.

 

Bəs, görəsən, Ermənistanda onun şöhrəti haqqında nə düşünürlər?

 

2007-ci və 2011-ci illər arasında Ermənistanda yaşayan BBC monitorinq jurnalisti Armen Şahbazyanın bu barədə araşdırmasına görə, vətənində Kim Kardaşyanın şəkilləri jurnalların ön səhifələrini, elan lövhələrini, avtomobil yumalarının və dayanacaqlarının divarlarını bəzəyir. Amma onun sözlərinə görə bu o demək deyil ki, xalq onu sevir. “Kim ermənidir və dünyada məhşurdur və bu, hər bir erməninin onda qürur hiss etməsi üçün kifayətdir. Amma mədəni və ənənəvi məsələlərə görə onlar onun erməni olduğunu qəbul etmək istəmirlər və Kardaşyan haqqında əhvalatlar tez-tez komediya proqramları üçün süjet kimi istifadə olunur” – Şahbazyan qeyd edir.

“Kardaşyanın həyat tərzini mənfi qarşılayanlar çoxdur. Onun açıq-saçıq cinsi həyatına və video görüntülərinə görə, xalq istəmir ki o, ölkəni təmsil etsin” – deyə  Şahbazyan əlavə edir. Jurnalist Kardaşyanın həyat tərzinin də adi ermənistanlı qadının həyatına oxşamadığını vurğulayır: “O, nə istədiyini edir, istədiyi adamlarla görüşür. Erməni qızlar da oğlanlarla görüşürlər, amma əksər hallarda yalnız evlənəcəkləri oğlanlarla”.

 

Erməni ekspertin acı etirafı

 

İctimai siyasət üzrə mühazirəçi və London İqtisadiyyat Məktəbində (LSE) erməni tədqiqatları üzrə ekspert  Armine İşkanyan isə deyib ki, Kardaşyan adi amerikalı və ya britaniyalı qadın da deyil: “Bəzi ermənilər həm Ermənistanda, həm də erməni diasporundakı əlavə yeddi-səkkiz milyon erməni onunla fəxr etsələr də, bu o demək deyil ki, onlar hamısı onun kimi olmaq istəyir. Amma onlar Kardaşyanın öz məhşurluğundan istifadə edib ermənilər üçün əhəmiyyətli olan məsələlər haqqında, o cümlədən birinci dünya müharibəsində ermənilərin Osmanlı Türkiyəsində öldürülməsi haqqında danışmasına məftundurlar”.

İşkanyan özü də etiraf edir ki, ABŞ və Britaniyada Kim qədər məşhur, amma uğurlarına görə tanınan ermənilər olsaydı, yaxşı olardı. Bununla belə, o, həmvətənlisinə – Kardaşyana haqq qazandırmağı da unutmur: “Bu günkü cəmiyyətdə camaatı həkim, alim, klassik musiqiçi deyil, realiti-şou ulduzları maraqlandırır. Məncə bu erməni fenomeni deyil, bütün dünyada belədir. Yüzlərlə il bundan əvvəl kəndləri, şəhərləri və ölkələri xəritədə tanıdan imperator və tədqiqatçılar idi. İndi isə güman ki, bunu aktyorlar və ya musiqiçilər, siyasətçilər və ya idman ulduzları edəcək”.

 

“Kardaşyan vasitəsilə təbliğat elə ermənilərə yaraşan hərəkətdir”

 

Rejissor, kinoşünas Ayaz Salayev ermənilərin hər uğuruna görə az qala toy-bayram etdikləri Kim Kardaşyanın nə özünün, nə də mənsub olduğu sənətinin ciddi qəbul olunmadığını deyir: “Soyadından erməni olduğunu bildiyim üçün Kardaşyan hər hansı sənətin daşıyıcısı olaraq mənim üçün maraqsız biri olub. Düzdür, sonradan bildim ki, bu pornoulduzdur. Amma hər bir halda onun özü də, sənəti də ciddi qəbul edilmir. Kinemotoqrafiyada pornofilm deyilən janr, bölmə deyilən bir məfhum yoxdur. Erotik səhnələrlə zəngin sənət əsəri ola bilər. Pornoqrafiyanın parlaq kino sənətinə dəxli olmadığı kimi, o cür filmlərdə çəkilənlərin də kino sahəsində ciddi qəbul olunmaması gerçəkliyi var”.

A.Salayev mədəniyyət və incəsənət sahəsində çalışanların çirkin kampaniyalar üçün təbliğat aparmalarının sənət aləmində heç də müsbət qarşılanmadığını deyir: “Əgər təbliğat xoş məqsədlər üçündürsə, təbii ki, münasibət də müsbət olur. Məsələn, Ancelina Coli buna misal ola bilər. Amma Ermənistanın özünə düşmən saydığı dövlətlərə qarşı Kim Kardaşyan vasitəsilə antitəbliğatından istifadə etməsi elə onların özünə yaraşan hərəkət kimi dəyərləndirilir”.

Rejissor ermənilərin Kardaşyandan nə vaxtsa siyasi fiqur kimi istifadə edə biləcəklərini də istisna etmir: “Düzdür, kino, sənət aləmindən siyasətə gələnlər az olmayıb. Məsələn, Amerikanın keçmiş prezidentlərindən olan Reyqan aktyor idi. Elə götürək, Kaliforniyanın qubernatoru və hamımızın aktyor kimi yaxşı tanıdığı Arnold Şvartsnegeri. Təbii ki, Kardaşyanın məşğul olduğu sahə isə onun normal təfəkkürə və dünyagörüşünə aid olmadığından xəbər verdiyi üçün onun nə vaxtsa ciddi siyasətlə  məşğul ola biləcəyinə də imkan vermir. Amma onun sənəti və özü ciddi qarşılanmasa da, çirkin kampaniyalarda siyasi təbliğatı bizim üçün müsbət heç nə vəd etmir”.

Qeyd edək ki, ermənilər tarix boyu arzu və istəklərini əlxaqsız qadınlarının əməyi hesabına reallaşdıra bilən biriləri olublar. Bununla bağlı tarixdə təkzibolunmaz faktlar, yüzlərlə əsər və qeydlər var. Məsələn, Fridrix Engels özünün “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində yazır ki, “Ermənistanda Anaitis hisrodulları ilk fahişələr idi. Erməni qul və kənizləri, Korinfdə Afrodita kənizləri, habelə Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələr idi”.

 

Naibə Qurbanova

 

KarabakhINFO.com

22.01.2013 16:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*