Azərbaycanca

“KİTV” – AVCİYA Şamaxıya press-tur təşkil etdi

31.03.2014 | 11:11

Martın 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxıda jurnalistlər üçün press-tur təşkil olunub.

Press-tur zamanı Qobustan rayonu ərazisindəki şəhid türk zabitinin məzarı ziyarət edilib. İştirakçılar Şamaxı tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə, 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə öldürüldükləri yerlərlə, eləcə də bu faciənin qurbanlarının dəfn edildikləri yerlərdən biri ilə tanış olublar. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatlarının olduğu yerlərə baş çəkiblər. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart-3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib. Tədbirdə çıxış edən Şamaxıdan seçilən millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanov azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirib. Elxan Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə məlumat verib. Sonra KİV nümayəndələri Şamaxı şəhərində 1918-ci ilin martında içərisində yüzlərlə azərbaycanlının yandırıldığı Cümə məscidini , soyqırım qurbanlarının bir çoxunun dəfn edildiyi İmamzadə məscidini və onun həyətindəki abidəni ziyarət ediblər. Tədbir zamanı jurnalistlər rəsmilərlə xatirə şəkli də çəkdiriblər.

31.03.2014 11:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*