Azərbaycanca

“KİTV” – Qusarda hərbi hissədə əsgərlərlə görüş keçirildi – VİDEO

28.03.2014 | 00:23

Azərbaycanda hərbi hissələrdə əsgərlərlə silsilə görüşlər təşkil edən QarabağİNFO.com beynəlxalq elektron jurnalı növbəti belə görüşün birgə həmtəşkilatçısı oldu. Novruz bayramı ilə əlaqədar olaraq Sumqayıt şəhəri Mədəniyyət və Turizm idarəsinin Cəfər Cabbarlı adına mədəniyyət evinin yaradıcı kollektivinin və və QarabağİNFO.com beynəlxalq elektron jurnalının birgə ərsəyə gətirdiyi bayram konserti Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə təşkil olundu. Tədbirə Bakı və Sumqayıt şəhərindən təşrif buyuran qonaqlarla yanaşı, rəqs, musiqi və meyxana ustaları da dəvət olunmuşdular.
Bayram konsertinin rəsmi hissəsinə Hərbi hissəkomandiri Oruc Abdullayevin nitqi ilə start verildi.
Daha sonra tədbirin bədii hissəsinin açılışını aparıcı Əminəxatun Tərlanqızı etdi . Ardından siyasi elmlər üzrə fəlsəfə doktoru, QarabağİNFO.com beynəlxalq elektron jurnalının baş redaktorunun I müavini Zaur Əliyevin nitqi dinlənildikdən sonra, çıxış üçün söz adıçəkilən jurnalın baş redaktoru, gənc yazar Zaur Qəriboğluna verildi. Zaur Qəriboğlu öz çıxışıında Ermənistanın Azərbaycana təcavüzünə,Dağlıq Qarabağın erməni işğalçıları tərəfindən zəbt olunmasına toxunaraq hazırda iki ölkə arasında təkcə silahlı deyil, həm də informasiya müharibəsi və mübarizəsnin yaşandığını da qeyd etdi. Baş redaktor həmçinin millət vəkili Elxan Süleymanovu rəhbərliyi altında yaradılan AVCİYA-nın və onun tərkibində fəaliyyət göstərən QarabağİNFO.com beynəlxalq elektron jurnalının bu cür tədbirləri sıx-sıx təşkil etdiyini də vurğuladı.

Tədbirdəçıxış edən Qusar rayon prokuroru Zahid Əliyev öz nitqində ondan əvvəlki natiqlərin fikirlərinə qoşularaq, növbəti belə tədbirlərin Qarabağda, və Şuşada qeyd edilməsini arzu etdiyini bildirdi.

Tədbir zamanı müğənnilər və gələn qonaqlar əsgərlərlə birlikdə müxtəlif musiqi nömrələrinin sədaları altında rəqs etdilər. Qısa səhnəcik və meyxana deyişməsi isə proqrama xüsusi rəng qatdı. Konsert proqramının sonunda iştirakçılar fəxri fərman və müxtəlif diplomlarla təltif olundular.

Arzu Səyyad, QarabağİNFO TV , Qusar

28.03.2014 00:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*