Azərbaycanca

Komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib

17.11.2017 | 13:57

Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Təlimlərdə iştirak edən rəhbər heyətin məruzələri dinlənildikdən sonra müvafiq tapşırıq və göstərişlər verilib.

AZƏRTAC

17.11.2017 13:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*