Azərbaycanca

KTMT adlı hərbi blok mövcud deyil

04.10.2013 | 12:24

1380874962_2222Ermənistan prezidenti Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvlərini Azərbaycanın maraqlarını müdafiə etməsinə görə tənqid etməsi maraqlı məqamları ortaya çıxarıb. O, ad çəkməsə də söhbətin Qazaxıstan və Qırğısıztandan getdiyi bildirilir. Əvvəlcə qeyd edək ki, bu dövlətlər dəfələrlə, xüsusən türk dövlət başçılarının görüşündə Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyiblər.

Buradan məlum olur ki, Azərbarcan hərbi yolla öz torpalaqrını düşmənlərdən azad etməyə qərar verərsə Ermənistanın  güvəndiyi KTMT üzvləri Ermənistanı müdafiə etməyəcəklər. Onu da bildirək ki, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı Ermənistan ərazisi olaraq tanımayıb. Azərbaycanın ərazi bütövlüyü isə getdikcə daha çox ölkələr tərəfindən tanınır və dəstəklənir. Ermənistanın narahatlığı bu mənada başa düşüləndir.

 

Xatırladaq ki, Moskvada yekunlaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxış edən Ermənistan prezidenti Azərbaycanı ittiham edib. O, təşkilatın bəzi ölkələrinin Azərbaycanın təsiri ilə müttəfiqliyə zidd addımlar atdığını bildirib: “Qəbul olunmuş bəzi kollektiv qərarlara baxmayaraq bəzi üzv ölkələr başqa təşkilatlarda KTMT-nın qərarlarına əks addımlar atır. Son illərdə prezident səviyyəsində belə, Azərbaycanın təsiri ilə bəzi üzv ölkələr “dövlətlərin ərazi bütövlüyü” prinsipini digər prinsiplərdən üstün tutan birtərəfli qərarlar qəbul edir. Təbii ki, bəzi ölkələrin Azərbaycanla bağlı öz maraqları ola bilər. Lakin təşkilat daxilində biz buna razı ola bilmərik”.

 

Bəs ekspertlər nə düşünürlər?

 

KTMT adlı hərbi blok mövcud deyilPolitoloq Vəfa Quluzadə diqqətə çatdırdı ki, KTMT adlı hərbi blok mövcud deyil. Onun sözlərinə görə, Rusiya bununla Qərbə göstərmək istəyir ki, guya o da hərbi blok yaradıb: “Azərbaycan isə heç zaman bu təşkilata daxil olmayacaq. Birincisi Ermənistanla bərabər bir blokda təmsil oluna bilməz. İkincisi bu KTMT Rusiya ilə birlikdə dağılacaq. Rusiya çökməyə doğru hərəkət edir. Amma bu proses çox yavaş gedir”.

 

 

Millət vəkili professor Musa Qasımlı isə diqqətə çatdırdı ki, Ermənistan KTMT-yə arxalanır: “Amma bu arxalanmağın heç bir əsası yoxdur. Əgər Ermənistan Kollektiv KTMT adlı hərbi blok mövcud deyilTəhlükəsizlik Müqaviləsinə arxalanırsa, onda başa düşməlidir ki, hərbi əməliyyatlar başlayarsa bu müqaviləyə daxil olan ölkələr bir-birindən ayrı düşəcəklər. Yəni o müqaviləyə daxil olan türk dövlətləri heç bir zaman təcavüzkar Ermənistanı müdafiə etməyəcəklər. Qazaxıstan, Qırğızıstan və digər ölkələrin Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı müdafiə etməsi həm beynəlxalq normalara, həm də ədalət prinsiplərinə uyğundur. Sarkisyanın əndişələri bununla bağlıdır”.

 

Millət vəkili, politoloq Aydın Mirzəzadə isə dedi ki, bu, Ermənistan siyasi rəhbərliyində çox ciddi siyasi gərginliyin bariz nümunəsidir. Onun fikrincə, əvvəllər də Sarkisyan və onun yaxın ətrafı ölkədəki gərgin vəziyyət və Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlıqlarını bildirən bəyanatlar verirdilər: “O, son çıxışında isə faktiki olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana uduzduğunu etiraf etdi. Dağlıq Qarabağ problemi heç də təkcə döyüş meydanında həll edilən məsələ deyil. Onun siyasi, hərbi, psixoloji aspektləri var. Ermənistan da bütün bu faktorlarda faktiki olaraq Azərbaycana uduzub. Bu gün Azərbaycanın güclü ordusu var. Onunla üzbəüz dayanan Ermənistan ordusu ciddi problemlər yaşayır. Cənubi Qafqaz regionunun 82 faizi Azərbaycana aiddir. Cəmi 7 faizi isə Ermənistandadır. Beynəlxalq aləmdə Ermənistanın hər hansı bir siyasi nüfuzundan danışmağa dəyməz. Azərbaycan diplomatik cəhətdən beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli qətnamələr qəbul edilməsinə nail olub. Aparılan siyasət eyni zamanda Ermənistanın daxilində çox ciddi problemlər yaradır. Əhali durmadan ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan parlamentinin deputatlarından biri bildirdi ki, “Ermənistan əhalisi köçür. KTMT adlı hərbi blok mövcud deyilƏgər Azərbaycanla münasibətlər yaxşı olsaydı, Ermənistan əhalisi həm də Azərbaycana köçəcəkdi”. Yəni bu baxımdan Sarkisyanın çıxışı bir tərəfdən siyasi naşılıqdır, digər tərəfdən isə onun çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir”. Millət vəkilinin fikrincə, Ermənistanda belə bir təsəvvür var idi ki, onlar Dağlıq Qarabağ məsələsini qısa zamanda öz xeyirlərinə həll edə biləcəklər: “Keçmiş SSRİ-nin ali rəhbərliyində min bir fırıldaqla yer tutan erməni millətçiləri SSRİ-nin resurslarını layiq olmadan Ermənistanın inkişafına və eyni zamanda özlərinin əsassız Dağlıq Qarabağ iddialarının təbliğinə yönəldə bilirdilər. Müstəqil olduqdan sonar isə hər bir dövlət özünün imkanlarına söykənməli oldu. Bu zaman məluum oldu ki, nə Ermənistanın, nə də bu ölkəni idarə edən insanların ölkənin inkişafı ilə bağlı heç bir planları yoxdur. Azərbaycan torpaqlarının işğal edilməsi və Azərbaycanla əlaqələrin kəsilməsi, Türkiyəyə uydurma soyqırım iddiaları irəli sürülməsi, bu ölkə ilə münasibətlərin korlanması Ermənistan iqtisadiyyatına ağır zərbələr vurur”. A.Mirzəzadə əlavə etdi ki, bu gün Ermənistan hətta ən yaxın müttəfiqi olan Rusiyadan da dəstək ala bilmir: “Rusiya prezidentinin ermənilərin böyük əksəriyyətinin Ermənistanda deyil, Rusiyada yaşaması barədə bu yaxınlarda verdiyi bəyanat, Rusiyada açılan erməni kilsəsinin açılışına da Rusiya rəhbərliyindən heç kimin qatılmaması buna bir misaldır. Onun çox naşı formada türk dövlətlərinə Azərbaycanla münasibətlərinə görə irad bildirməsi isə siyasəti və diplomatyanı bilməməsinin bariz nümunəsidir. Birincisi Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız dövlətlərin öz ərazisini müdafiə edir. Həmin təşkilatın üzvü olan heç bir dövlət Ermənistanın işğalçılıq siyasətini müdafiə etmək niyyətində deyil. Hansısa dövlətə Azərbaycanla münasibətlərə görə irad bildirməyə gəlincə isə, bu məsələdə Ermənistan böyük yanlışlıqlara yol verir. Çünki hər bir dövlət digər ölkələrlə münasibəti özünün milli maraqlarına uyğun olaraq qurur. Ermənistan bu gün heç bir dövlətə onun milli maraqlarına uyğun gələcək fayda vermir. Ona görə də, Sarkisyanın mövqeyi sadəcə gülüş doğurur”.

 

 

Əli Zülfüqaroğlu

 

“KarabakhİNFO.com” 

 

04.10.2013 12:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*