Azərbaycanca

Laçınlı məcburi köçkünlər min hektardan çox sahədə payızlıq səpin aparıblar

28.11.2017 | 11:22

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər payız-tarla işlərini davam etdirirlər.

Laçın Rayon Statistika İdarəsindən bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 1129,55 hektar sahədə payızlıq şum qaldırılıb. 1020,55 hektarda payızlıq səpin həyata keçirilib ki, onun 26,5 hektarı buğda, 848,75 hektarı arpa, 144,3 hektarı təzə yonca, 1 hektarı çuğundurdur.

Məcburi köçkünlər taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.

AZƏRTAC

28.11.2017 11:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*