Azərbaycanca

Latviyalı deputat Qarabağdan danışıb

01.10.2014 | 17:45

16158Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr təbiətcə eynidir.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANSPRESS – ə istinadən verdiyi xəbərə görə , bunu Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa İttifaqı-Ukrayna əməkdaşlıq komissiyasının, Avronest Parlament Assambleyasının üzvü Sandra Kalniete deyib.

 

 

O müsahibəsində bildirib ki, Dnestryanı, Abxaziya və Ossetiya – bunlar Rusiya tərəfindən yaradılmış eyni təbiətli münaqişələrdir: “Krımın anneksiyası isə fərqlidir. Bu, bütün qaydaların alt-üst olmasıdır. Dnestryanı, Abxaziya və Ossetiya dondurulmuş münaqişələrdir və bir gün həllini tapacağına ümid edə bilərik. Krım işğal olunub və Rusiyanın ərazisinə qatılıb. Fərq buradadır.”

 

 

Latviyalı deputat “Eunews.az”ın “Azərbaycanın Dağlıq Qarabağ regionu da işğal olunub və Rusiya da olmasa, digər dövlət tərəfindən anneksiya olunmağa hazırlaşır. Aİ-nin bununla bağlı adekvat mövqeyi necə olmalıdır” sualına belə cavab verib: “Bu məsələni Azərbaycan və Ermənistan dialoq vasitəsilə həll etməlidirlər. Hətta Ukrayna məsələsində belə, Avropa İttifaqı dialoqu asanlaşdırmaq rolunu üzərinə götürsə də, münaqişə yalnız Rusiya və Ukrayna arasında dialoq nəticəsində dinc yolla həll oluna bilər.”

 

“KarabakhİNFO.com”

 

 

01.10.2014 17:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*